ABŞ-ın məşhur radio şousunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən proqram yayımlanıb
Tarix: 18.09.2020 | Saat: 08:36:00 | E-mail | Çapa göndər


ABŞ-ın məşhur radio aparıcısı Con Batçelor və ABŞ Prezidenti Riçard Niksonun nəvəsi, siyasi şərhçi Kristofer Nikson Koks cari ilin 16 sentyabr tarixində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə götürüb və sözügedən müsahibə ABŞ-ın Nyu York şəhərindən yayımlanan, çoxmilyonluq dinləyici auditoriyasına malik nüfuzlu “Con Batçelor Şou” radio proqramında yayımlanıb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, müsahibə zamanı səfir Elin Süleymanov cari ilin 15 sentyabr tarixində Ağ Evdə təşkil olunan “Abraham” razılığının imzalanma mərasimində iştirak etdiyini və Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası sülh və dialoqun təşviqinin həmişə tərəfdarı olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə cari ilin 16 sentyabr tarixində Azərbaycanın yəhudi icmasını təbrik etdiyini bildirən Elin Süleymanov, Azərbaycan yəhudi icmasının əsrlər boyu Azərbaycanda sülh və əminamanlıq şəraitində yaşadığını xatırladıb.

Elin Süleymanov Azərbaycanın Müsəlman ölkəsi olaraq İslam dünyası üçün önəm daşıyan məsələləri təşviq etməklə yanaşı, İsrail ilə də normal diplomatik əlaqələr qurmağı bacardığını bildirib, bu mənada Azərbaycanın dünyanın bir çox ölkələri üçün nümunə ola biləcəyini qeyd edib və ölkəmizin İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalara diqqət çəkən Elin Süleymanov, Ermənistanın sonuncu belə hərbi təxribatı nəticəsində bir azərbaycanlı əsgərin yaralandığını bildirib və Ermənistanın regionda sülhün və hətta öz xalqının rifahı əleyhinə olan addımlar atmaqda davam etdiyini vurğulayıb. Rusiyanın Ermənistana silah göndərməsinin Azərbaycan üçün ciddi narahatlıq yaratdığını qeyd edən E.Süleymanov, hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan və Rusiya arasında müzakirələrin aparıldığını diqqətə çatdırıb. Səfir ABŞ, Fransa və Rusiyanın həmsədri olduğu ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nisbətən passiv olduğunu bildirib və həmsədr ölkələrin Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün kifayət qədər fəallıq nümayiş etdirmədiklərini təəssüf hissi ilə qeyd edib.

Elin Süleymanov Ermənistanın Suriya və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirdiyini və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə çalışdığını vurğulayıb. Kristofer Nikson Koks son zamanlar Prezident Trampın bir neçə sülh razılaşmasına nail olduğunu vurğulayaraq, ABŞ tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə edə biləcəyini sual edib. Buna cavab olaraq Elin Süleymanov ABŞ rəhbərliyinin öz Fransa və Rusiya həmkərları ilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında Azərbaycan və erməni xalqlarının gələcəyi naminə sülh razılaşmasına nail olmaqla ABŞ-ın özünün də maraqlarını təmin edə biləcəyini qeyd edib.

Səfir Elin Süleymanovun “Con Batçelor Şou” radio proqramında yayımlanan hazırkı müsahibəsi ilə aşağıdakı elektron keçid vasitəsilə tanış olmaq olar: https://audioboom.com/posts/7684762-the-abraham-accord-illustrates-that-azerbaijan-s-friendship-with-israel-has-established-a-trend-f




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
21.10.2020
Paşinyan əli silah tuta bilməyən erməniləri ölümə göndərmək istəyir - Etirazlar başladı
21.10.2020
Erməni “Meydan”ı...
21.10.2020
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
21.10.2020
Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info