Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
Tarix: 18.09.2020 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


İndi həm böyüklər, həm də uşaq poliklinikalarına sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün vətəndaşlar poliklinikanın qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər. Özü də, pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq yaşanmır.

Trend-in məlumatına görə, bunu Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib.

E.Hacıyeva onu da qeyd edib ki, pasientlərin təxirəsalınmaz tibbi yardıma ehtiyacları olan təqdirdə qəbula yazılmadan da düşmək mümkündür.

Onun məlumatına görə, poliklinikaya daxil olan hər bir şəxs girişdə qarşılanır, onun hərarəti təmassız termometr vasitəsilə ölçülür:

“Poliklinikalara gələnlərin bədən temperaturu 37.100C və daha yuxarı olduğu müəyyən olunduğu halda, onların poliklinikaya daxil olmaqlarına qadağa qoyulur. Bundan sonra həmin şəxslər birbaşa poliklinikanın nəzdində olan və yaşayış yerlərinə aid olan sahə məntəqələrinə yönləndirilir. Sahə məntəqələrində onlardan test nümunələri götürülür və həmçinin, şikayətlərinə görə, həkim tərəfindən müvafiq məsləhətlər verilir”.

E.Hacıyeva Bakı şəhər poliklinikalarında hal-hazırda planlı və diaqnostik tibbi müayinələrin necə aparılması haqda da danışıb. Bu müayinələrin öz standard qrafiki üzrə aparılmasını bildirən sektor müdiri sahə həkiminin öz sahəsinə aid olan poliklinikada qeydiyyatda olan xəstələri ilə əlaqə saxlayıb, vaxt təyin edib poliklinikaya planlı müalicəyə dəvət etdiyini qeyd edib:

"Lakin xəstə COVID-19 virusuna yoluxmaq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxlər) sahə həkimi xəstəyə evdə baş çəkir və ona müvafiq tövsiyələr verir".

Bundan başqa, o, ixtisas həkimlərinin diaqnostik müayinələrini sahə həkimlərinin göstərişi ilə həyata keçirildiyini bildirib. E.Hacıyeva deyib ki, qadın məsləhətxanalarında iş eyni qaydada davam edir: “Hətta hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq kliniki protokoluna uyğun olaraq mütəmadi müayinələri həyata keçirilir”.

Poliklinika binasının bütün korpuslarındakı otaqlar və koridorların pəncərələri gündə ən azı iki dəfə açılıb, mütəmadi havalandırıldığını vurğulayan E.Hacıyeva xanım giriş, çıxış, koridor və otaqlarda əllərlə tez-tez təmas edilən səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsi haqda danışıb.

O, koronavirusunun sürətli yayıldığı mərhələdə (aprel-iyun aylarında) müvafiq qoruyucu geyimlərlə (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska və s.) təmin olunmuş Bakı şəhər poliklinikalarının bütün tibbi və texniki heyəti COVID-19 testindən növbəli şəkildə keçirilməsi təşkil olunduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
21.10.2020
Paşinyan əli silah tuta bilməyən erməniləri ölümə göndərmək istəyir - Etirazlar başladı
21.10.2020
Erməni “Meydan”ı...
21.10.2020
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
21.10.2020
Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info