Deputat və icra başçısı məktəb tikintisi ilə tanış olub
Tarix: 18.09.2020 | Saat: 13:26:00 | E-mail | Çapa göndər


"Bütün sahələrdə olduğu kimi ötən illər ərzində ölkəmizdə məktəb tikintisi də sürətlə davam etdirilib. Yeni məktəblərin tikintisi, onların maddi- texniki təminatının gücləndirilməsi ilə bağlı dövlət proqramları qəbul olunub. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Goranboy rayonunda daha bir məktəbin tikintisinə başlanılıb". Belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, rayonda olduğu müddətdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə Abbasqulular kəndində tikintisinə başlanılmış modultipli məktəbdə aparılan tikinti işləri ilə yaxından tanış olub: "İş icraçıları ilə görüşdük, gələcəkdə məktəbin elektrik enerjisi, istilik sistemi və su təminatı ilə bağlı müzakirələr apardıq. Məlumat üçün bildirmək istəyirəm ki, bu cür məktəblərin tikintisinin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun azaldılıb-artırıla bilməsindədir. Modul tipli məktəblərin digər üstünlüyü ondadır ki, bu cür binalarda istilik itkisi iki dəfə az olur, rütubət isə ümumiyyətlə olmur. İnanıram ki, istər modul tipli məktəblərin tikintisi, istər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsinə əsaslı şəkildə təsir göstərəcək".




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
Azərbaycanda son gündə 803 nəfər COVID-19-a yoluxub, 212 nəfər sağalıb, 8 nəfər vəfat edib
23.10.2020
“Şübhəli əşyalara toxunmayın!” – DİN müraciət yaydı
22.10.2020
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
22.10.2020
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
22.10.2020
Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Ağdamda 3 cəbhəyanı kəndin yolu yenidən qurulub
4 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
5 Dövlət Komitəsi Bakının Baş Planının ilkin layihəsini BNA ilə müzakirə edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info