Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
Tarix: 19.09.2020 | Saat: 13:03:00 | E-mail | Çapa göndər





Şamaxı rayonunda yerləşən və XIV əsrə aid olan Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sara” adlı yeni tamaşanın premyerası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu tamaşa ölkəmizdə ilk dəfə olaraq təbii dekorasiyadan istifadə edilərək-açıq səma altında, tarixi abidələrin fonunda nümayiş olunub.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümündə, 18 sentyabr-Milli Musiqi Günündə təqdim olunan bu premyera eyni zamanda Mingəçevir Dövlət Dram Teatrının milli musiqimizə, mədəni irsimizə töhfəsidir.

Tamaşa şifahi xalq ədəbiyyatı nümunələrindən olan “Apardı sellər Saranı” dastan-rəvayətinin motivləri əsasında hazırlanıb. Tamaşanın səhnələşdirəni Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Rəfael Haşimov (Əməkdar rəssam), musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluş müəllifi Eyvaz Əliyev, rejissoru Cavid Təvəkkül, layihənin rəhbəri Səxavət Məmmədovdur. Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, Aydın Quliyev və teatrın gənc aktyorları iştirak ediblər.

Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edir. Kələxana türbələri də Şamaxıya gələn qonaqlar tərəfindən daha çox ziyarət olunan məkanlardandır.

Qeyd edək ki, açıq havada bu tamaşanın hazırlanması və təqdimatı zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info