Kolumbiyada kütlə atəşə tutulub, 5 nəfər yerindəcə ölüb
Tarix: 21.09.2020 | Saat: 08:55:00 | E-mail | Çapa göndər


Kolumbiyanın qərbində naməlum cinayətkar qruplaşmanın üzvləri tərəfindən 5 nəfər öldürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli “La FM” radiosu yayıb.

Hadisə Kauka departamentinin Buenos-Ayres bələdiyyəsində baş verib.

Naməlum şəxslər insanların sıx toplaşdığı xoruz döyüşü keçirilən əraziyə əvvəlcə əl qumbarası atıblar, sonra isə kütləni atəşə tutublar.

İlkin məlumata görə, azı 5 nəfər yerindəcə ölüb.

Həmin ərazidə cinayətkar qruplaşmaların fəal olduğu bildirilir.

Hadisə ilə bağlı istintaq başladılıb.




 
Bölməyə aid digər xəbərlər
24.10.2020
ABŞ-da son gündə 83 757 nəfər COVID-19-a yoluxub, 943 nəfər ölüb
24.10.2020
Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib
24.10.2020
“Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir”
23.10.2020
Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçi kimi iştirak etdiyini bildirib
23.10.2020
Britaniya Lordlar Palatasının üzvü Ermənistanın Gəncəni atəşə tutmasını pisləyib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info