“Emmi“ mükafatının qalibləri açıqlanıb
Tarix: 21.09.2020 | Saat: 09:06:00 | E-mail | Çapa göndər


Los-Anceles şəhərində 72-ci "Emmi" mükafatının təqdimetmə mərasimi təşkil olunub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, "Ən yaxşı dramatik serial" kateqoriyasında "Varislər" qalib olub.

"Ən yaxşı komediya serialı" kateqoriyasında "Şitts Krik", "Ən qısa serial" kateqoriyasında isə "Mühafizəçilər" "Emmi" qazanıb.

"Şitts Krik"də oynayan aktyorlar Ketrin O`Hara və Yucin Levi komediya serialında ən yaxşı aktyor, eyni serialdan olan Deniel Levi və Enni Merfi isə komediya serialında oynayan ən yaxşı ikinci plan aktyorları kateqoriyasında mükafat qazanıblar.

"Komediya serialı üçün ən yaxşı ssenari" mükafatını da Deniel Levi qazanıb.

Aktyorlar Ceremi Stronq və Zendaya dramatik serialda ən yaxşı kişi və qadın rollarına görə "Emmi" qazanıblar. Dramatik serialda ikinci plan roluna görə Bilki Krudap və Culiya Qarner də fərqləniblər.

1946-cı ildən Amerika Televiziya Sənətləri Akademiyası tərəfindən verilən "Emmi" bu sahədə ən prestijli mükafat hesab olunur. Mükafatın taleyini Teleakademiyanın 23 minə yaxın üzvü müəyyən edir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info