Tələbə köçürmələri ilə bağlı yeni qaydalar açıqlandı
Tarix: 04.11.2013 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürmələri asanlaşdırılacaq.
Təhsil Nazirliyindən “Palitra”ya verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar artıq hazırlanıb və hazırda onların müzakirəsi başa çatmaqdadır. Sənəd təsdiq olunduqdan sonra yeni qaydaların növbəti ildən tətbiqi nəzərdə tutulur. Yeni qaydalarda tələbələrin köçürülmələrinə dair müəyyənləşdirilmiş şərtlər köçürülmə prosedurunun asanlaşdırılmasına yönəlib.
Yeni qaydalara görə, yalnız öz ölkəsində akkreditə olunmuş xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin respublikamızın ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpasına icazə veriləcək. Həmin icazə yalnız tələbənin təhsil aldığı müddətdə həmin şəhərdə yaşamasında və səhhətində problem yarandıqda, yaxud həmin müddətdə ailə vəziyyəti ilə bağlı yaşayış yerini dəyişdikdə verilə bilər.
Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən istifadəyə verilmiş "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemindəki məlumatlara əsasən, son 20 ildə Azərbaycanın bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə edilən köçürmələrin sayı isə 1375 olub.

Ümumilikdə son 20 ildə Azərbaycan ali məktəblərinə xarici təhsil müəssisələrindən 2052 nəfər qəbul edilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin 7 avqust 1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməyə görə, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi birinci kurs və axırıncı semestr istisna olmaqla, Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyi tərəfindən həyata keçirilir.
Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir. Bununla bağlı müraciətlərə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində baxılır, sənədlər araşdırılır.
Əsaslandırılmış səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) şöbənin verdiyi təqdimat əsasında tələbənin köçürülməsinə razılıq verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info