20 çimərlikdə beynəlxalq ekoloji aksiya keçirilib-FOTOLAR
Tarix: 23.09.2020 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 19-da Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirib.

Belə ki, Bakının 20 çimərliyində keçirilən aksiyanın əsas təşkilatçıları “Coca-Cola”, “ASAN xidmət”, PASHA Bank, Bakcell, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Carlsberg” və “AzEcol” şirkətləridir. Tədbirə qatılan və dəstək olan digər qurumlar sırasında isə “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Reklam Agentliyi, ASAN Radio, AFFA, Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.
Ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşmanı təbliğ etmək məqsədilə Azərbaycanda artıq 10 ildir keçirilən aksiya çərçivəsində bu il Bilgəh, Novxanı, Mərdəkan, Pirşağı, Şıxov, Hövsan, Sumqayıt ərazisində olan çimərliklər tullantılardan təmizlənib. Ölkədə ətraf mühit məsələlərinə artan diqqət və marağdan dolayı hər il bu ekoloji aksiya genişlənir, böyük sayda könüllülər, qurumlar və şirkət əməkdaşları, onların ailə üzvləri tədbirə qoşulublar.
Pandemiyaya görə aksiya bir qədər fərqli formatda keçirilsə də, hədəfinə çatıb. Belə ki, əvvəlki illərdən fərqli olaraq sosial məsafə qaydasına riayət etmək məqsədilə bu dəfə aksiya 10 nəfərdən ibarət bir neçə qrup tərəfindən xüsusi ayrılmış sektorlar üzrə həyata keçirilib. Aksiyada iştirak edənlər əraziləri 5 min ton həcmində tullantıdan təmizləyib. Tədbirdə toplanan tullantılar təkrar emala və utilizasiyaya yönləndirilib.
Aksiyada həmçinin, sosial media fəalları – Tahel Yüzbəyov, Əlixan Rəcəbov və Günel Fərhadlı da iştirak edib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq bütün aksiya iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunublar və sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınıb. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar.

Qeyd edək ki, Son 30 il müdətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabr üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.





 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Əriştədən bir ailənin 9 üzvü öldü
22.10.2020
“BMT-nin qətnamələri kağız parçası deyil”
21.10.2020
Alimlərdən inqilabi kəşf – İnsan kəlləsində yeni orqan tapıldı
16.10.2020
Toyuğun bu hissəsi xərçəng yaradır
16.10.2020
“Bizdən bunu etməyi gözləməyin!“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Ağdamda 3 cəbhəyanı kəndin yolu yenidən qurulub
4 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
5 Dövlət Komitəsi Bakının Baş Planının ilkin layihəsini BNA ilə müzakirə edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info