Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri BMT-nin tədbirində iştirak ediblər
Tarix: 04.11.2013 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində inkişaf etmiş ölkələrlə həyata keçirilən əməkdaşlıq və beynəlxalq təcrübənin tətbiqi mühüm yer tutur. Komitə BMT-nin əlaqəli komissiyaları, Dünya Bankı, Avropa və Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrini müntəzəm olaraq inkişaf etdirir və bu sahədə fəaliyyətini genişləndirir.
Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Əmlak İdarəçiliyi Komitəsinin 74-cü sessiyasında iştirak edib. Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsindən qəzetimizə məlumat verilib. Sessiya İsveçrənin Cenevrə şəhərində yerləşən BMT-nin Millətlər Sarayında təşkil edilib. Sessiya ilə yanaşı, AİK regionunun mənzil təsərrüfatı, şəhər quruculuğu və daşınmaz əmlak idarəçiliyi üzrə nazirlərinin görüşü də keçirilib.
Qeyd edək ki, BMT Avropa İqtisadi Komissiyasının bu tədbirlərində 56 üzv dövlətin nazirləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Xatırladaq ki, bu ildən etibarən, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna sədrlik edir.
Sessiyada Mənzil Təsərrüfatı və Əmlak İdarəçiliyi Komitəsinin vəzifə və funksiyaları, 2012-2013-cü illər üçün İş Planının icrası ilə bağlı dayanıqlı mənzil təsərrüfatçılığı, AİK regionunda enerji baxımından səmərəli mənzil istismarı məsələləri müzakirə edilib. Eyni zamanda, şəhərlərin inkişafı ilə əlaqədar şəhər infrastrukturunun düzgün qurulması, şəhərlərdə demoqrafik inkişaf tendensiyaları və digər bu kimi məsələlər müzakirə mövzusu olub.
Qeyd olunduğu kimi, tədbirlər çərçivəsində AİK regionunun mənzil təsərrüfatı, şəhər quruculuğu və daşınmaz əmlak idarəçiliyi üzrə nazirlərinin görüşü təşkil edilib. Görüşə sədrlik Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov tərəfindən həyata keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini çıxış edərək, Azərbaycanda son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, geniş vüsət almış quruculuq işləri və ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən inkişafdan bəhs edib. Eləcə də, daşınmaz əmlakın idarə edilməsi sahəsində əldə edilmiş uğurlar, əmlakın qeydiyyatının müasirləşdirilməsi və daha da şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi, müddətlərin qısalması, modern idarəetmə sistemlərinin və elektron xidmətlərin tətbiqi vurğulanıb. Eyni zamanda, sədr müavini çıxışında daşınmaz əmlakın vahid kadastrı və dövlət reyestrinin aktual məsələləri, ünvan reyestrinin yaradılması, sosial-iqtisadi layihələr, eləcə də bununla əlaqədar beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən ardıcıl tədbirlər barədə geniş məlumat verib.
Görüş zamanı AİK-in üzv dövlətlərindən olan nazirlər, habelə dövlət məmurları öz ölkələrində son illər ərzində əldə edilmiş nailiyyətlər, uğurlu fəaliyyətlər, həmçinin iqtisadi inkişaf yolunda qarşılaşdıqları çətinliklər və gələcək gözləntilər barədə çıxışlar ediblər.
Məlumat verildiyi kimi, BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna sədrlik edən Komitə nümayəndəsi 74-cü sessiyanın daşınmaz əmlak idarəçiliyi bölməsində AİK regionunda daşınmaz əmlak idarəçiliyi sahəsində son bir il ərzində İşçi Qrupu tərəfindən görülmüş işlər barədə təqdimatla çıxış edib. Müzakirələr zamanı İşçi Qrupunun hesabat dövründə həyata keçirdiyi elmi-tədqiqat layihələrinin gedişi, təşkil edilmiş seminar və işçi müşavirələr barədə çıxışlar olub, bu tədbirlərin mahiyyəti, məqsədi və nəticələri barədə geniş məlumatlar verilib. Daha sonra İşçi Qrupunun 2014-2015-ci illər üçün İş Planının layihəsi müzakirə olunub və İşçi Qrupunun növbəti tədbirləri iştirakçılara açıqlanıb.
Qeyd edək ki, Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Əmlak İdarəçiliyi Komitəsinin 74-cü sessiyası çərçivəsində nazirlərin görüşünün nəticələri müzakirə edilmiş, 2014-2015-ci illər üçün mənzil təsərrüfatı, şəhər quruculuğu və daşınmaz əmlak idarəçiliyi sahələrini ehtiva edən İş Planı geniş müzakirəyə çıxarılaraq təsdiq edilib. Müzakirələr bitdikdən sonra Mənzil Təsərrüfatı və Əmlak İdarəçiliyi Komitəsinin bürosu seçilib. Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Əmlak İdarəçiliyi Komitəsinin bürosuna üzv seçilib.
Beləliklə, BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Əmlak İdarəçiliyi Komitəsinin 74-cü sessiyası və üzv dövlətlərin nazirlərinin görüşü uğurla öz işini başa vurub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info