“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
Tarix: 24.09.2020 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Cari ilin 25 sentyabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Samux və Lənkəran Heydər Əliyev Mərkəzlərinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu” adlı onlayn konfrans keçiriləcəkdir.
Tədbirə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müvafiq dəstək göstərir. Konfransda Azərbaycan Respublikanın regionlarda fəaliyyət göstərən Samux, Lənkəran, Yevlax İsmayıllı, Quba, Şabran, Astara, Zaqatala, Balakən, Tovuz, Salyan, Masallı, Ağdam, Abşeron, Yardımlı, Beyləqan, Ucar, Siyəzən, Qəbələ, Qusar, Lerik, Qaradağ, Oğuz, Şəmkir, Qax, Cəlilabad, Ağdaş, Ağstafa, Daşkəsən, Göygöl, Zərdab, Qazax Heydər Əliyev Mərkəzləri rəhbərlərinin iştirakı planlaşdırılır.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sektor müdiri Yaşar Hüseynli açacaq, Heydər Əliyev Mərkəzlərinin fəaliyyəti, Azərbaycan mədəniyyətinin təbliği işində sözügedən mərkəzlərin həyata keçirdiyi layihələr barədə məruzə edəcəkdir.
Onlayn konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Sabir Abbasov görülmüş işlərə dair hesabatla çıxış edəcək, habelə milli mədəniyyətimizin təbliği istiqamətində Mərkəz tərəfindən həyata keçirilən layihələr barədə məlumat verəcəkdir.
Konfrans çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Nuranə Həsənova, Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, İsmayıllı Heydər Əliyev Mərkəzinin direktoru Mail Fərəcov, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Salyan Heydər Əliyev Mərkəzi direktoru Nübar Bayramova məruzə ilə çıxış edəcəklər.
Keçiriləcək konfransda Azərbaycan mədəniyyətinin, ölkəmizin qazandığı nailiyyətlərin təbliği, Azərbaycanın haqq işinin dünyaya çatdırılması, qeyd edilən istiqamətlərdə mərkəzlər arasında əməkdaşlıq, təcrübə mübadiləsi, gələcəkdə əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi və s. məsələlərin müasir tələblərə uyğun təşkili məsələləri üzrə fikir mübadiləsi nəzərdə tutulmuşdur.





 
Bölməyə aid digər xəbərlər
24.10.2020
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik
24.10.2020
Azərbaycan tərəfə keçmək istəyən erməni mülki şəxslərə və hərbçilərə yardım göstərməyə hazırıq - Hikmət Hacıyev
23.10.2020
“Azərbaycan ilə Rusiya arasında münasibətlər ildən-ilə möhkəmlənəcək“
23.10.2020
Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin statistikasını açıqladı
23.10.2020
Təxribat xarakterli SMS-lər telefonunuzdakı şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info