Forum iştirakçıları Lənkəranda olub
Tarix: 04.11.2013 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu Lənkərana gedib.
Lənkəran Beynəlxalq Hava Limanında qonaqları Lənkəran Şəhər İcra Hakimiyyətinin (LŞİH) məsul işçiləri, yerli ictimaiyyətin və KİV nümayəndələri qarşılayıblar.
Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İlqar Əzimovun “Palitra”ya verdiyi məlumata görə, rayonla tanışlıq xarakteri daşıyan səfər zamanı forum iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Azərbaycan Bayrağı Meydanında, general Həzi Aslanovun ev-muzeyində, İstisu qəsəbəsindəki "Yaşıl çay" fermer təsərrüfatında, naringi plantasiyasında,Hirkan Milli Parkında və digər görməli yerlərdə olublar. Axşam saatlarında qonaqlar üçün şəhərin Mədəniyyət və Turizm Şöbəsi tərəfindən yerli folklor nümünələrinin təqdimatı ilə “Bacılar” folklor mahnı və rəqs kollektivinin ifasında maraqlı konsert proqramı təqdim olunub. Konsert proqramından sonra saatlarında qonaqlar üçün ziyafət təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info