Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Tarix: 25.09.2020 | Saat: 15:47:00 | E-mail | Çapa göndər



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 fərdi yaşayış evi (o cümlədən, İmişlidə 10, Füzulidə 5, Ağdamda 4 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Füzuli rayonunun İkinci Mahmudlu kəndində evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev iştirak edib.

Tədbirlərdə Prezident İlham Əliyevin sosial siyasətinin əsasında vətəndaş amilinin dayandığı, həssas əhali qruplarının rifahına yönələn tədbirlərin geniş vüsət aldığı vurğulanıb.

Bildirilib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda, yəni azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Füzuli, Ağdam, İmişli rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 617 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 63 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8205 mənzil və fərdi ev təqdim edilib.

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım
21.10.2020
Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini
20.10.2020
Xudatda əsgər ailələrinə yardım paylanılıb
19.10.2020
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
18.10.2020
Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info