Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
Tarix: 25.09.2020 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Ermənistanın rəhbəri Nikol Paşinyan Yerevanın Tovuz istiqamətindəki məğlubiyyətindən sonra artıq Azərbaycan Prezidenti İlham Əliyevin daha da güclənmiş uğurlu hərbi-siyasi və diplomatik hücumlarına tab gətirmək gücündə deyil.

Demək olar ki, bütün ciddi və nüfuzlu erməni ekspertləri və analitika mərkəzləri həyəcan təbili çalaraq N.Paşinyanın İ.Əliyevə məğlub olduğunu və təkcə Qarabağ məsələsini deyil, həm də Ermənistanın özünün gələcək mövcudluğunu təhlükə altına qoyduğunu bəyan edir. N.Paşinyandan narazılığın son damlası Azərbaycan Prezidentinin sentyabrın 21-də BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclasındakı videoçıxışı oldu. Azərbaycan Prezidenti BMT tribunasından Ermənistanı təkcə torpaqlarımızın işğalında deyil, həm də danışıqların pozulmasında və “Azərbaycana qarşı yeni aqressiyanın” hazırlanmasında ittiham etdi.

Azərbaycan Prezidenti açıq şəkildə göstərdi ki, danışıqlar “faktiki olaraq irəliləmir” və o, “imitasiya xətrinə” danışıqlarda iştirak etməyə hazırlaşmır. N.Paşinyanın BMT-dəki çıxışı isə daha çox fəlsəfi traktatı, növbəti erməni mifini və heç vaxt mövcud olmamış erməni dövlətinin çarı Tiqran haqqında nağılı xatırladırdı.

Ermənistan rəhbərinin nüfuzuna daha bir ciddi zərbəni ötən həftə sonu Azərbaycan Prezidentinin yerli KİV-lərə müsahibəsi vurdu. O, N.Paşinyanı Düşənbədə məşhur “lift görüşü” zamanı vəd etdiyi öhədliklərin heç birini yerinə yetirməməkdə ittiham etdi. Azərbaycan Prezidentinin sözlərinə görə, Nikol Paşinyan liftdə ondan “daxili siyasi vəziyyətdə mövqeyini möhkəmlətmək”, “erməni xalqını sülhə hazırlamaq”, “keçmiş məmurların qisasının qarşısını almaq” və “Azərbaycan xalqı üçün qəbulolunan tənzimləmə variantını həyata keçirmək” üçün vaxt istəyib.

Ötən müddət ərzində N.Paşinyan həmin görüş zamanı İ.Əliyevin açıqlamaları barədə və Azərbaycan Prezidentinin sözlərinə görə, vədinə xilaf çıxması barədə heç bir fikir bildirməyib. N.Paşinyanın maskası düşüb, amma belə görünür ki, bu, onu narahat etmir. O susur və bununla da ictimaiyyəti Azərbaycan Prezidentinin sözlərinin doğruluğuna inandırır. “Düşənbə lifti”nin sirri açılıb və Azərbaycan Prezidentinin danışdığı bu hadisə N.Paşinyan üçün alçaldıcı olub, onun əlavə etməyə heç nəyi yoxdur, o, həqiqətdən qorxur. Ermənistan baş naziri N.Paşinyan və onun komandası erməni ekspertlərinin fikrincə, Azərbaycana bütün “cəbhə”lərdə uduzur.

Hazırda Azərbaycan təbliğatı qələbə qazanır, Azərbaycan Silahlı Qüvvələri isə neytral zonadakı əvvəllər itirilmiş əraziləri qismən qaytarmaqla mövqələrini möhkəmləndirməyə davam edir. Ermənistanda N.Paşinyanın idarəçiliyindən artan narazılıqla əlaqədar Ermənistan müxalifəti kütləvi etiraz aksiyaları keçirməyi planlaşdırır. Bu aksiyalardan biri 10 gün sonra baş tutacaq və bu aksiyada “Çiçəklənən Ermənistan”, “Daşnaksutyun”və kölgədə qalan “Qarabağ klanı” iştirak edəcək. Azərbaycanla danışıqlardan qaçmaqla və Qarabağ münaqişəsinin tənzimlənməsinə razılaşmamaqla N.Paşinyan Azərbaycan Prezidenti tərəfindən küncə sıxışdırılıb. Baş nazir N.Paşinyanın vəziyyət 2016-cı ilin aprelində Ermənistanın məğlubiyyətlərinin səbəb olduğu Serj Sarkisyan hökumətinin istefası ilə bağlı vəziyyəti təkrarlaya bilər.

Elxan Ələsgərov

"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel:https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info