Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
Tarix: 25.09.2020 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydalarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilmişdir.

Bununla əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 2019-cu il 20 may tarixli 230 nömrəli qərarlarında aşağıdakı dəyişikliklər edilmişdir

Bu Qaydalarda “subbakalavrlar” dedikdə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.

Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi – VİDEO
23.10.2020
XİN-in İşlər idarəsinin sabiq müdirinin həbs qətimkan müddəti uzadılıb
23.10.2020
Prezident İlham Əliyev: Qubadlının Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edilib
23.10.2020
Azərbaycanda son gündə 803 nəfər COVID-19-a yoluxub, 212 nəfər sağalıb, 8 nəfər vəfat edib
23.10.2020
“Şübhəli əşyalara toxunmayın!” – DİN müraciət yaydı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info