Gözəl Zutova növbəti döyüşünə çıxır
Tarix: 26.09.2020 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın qadın MMA idmançısı Gözəl Zutova ay ərzində ikinci döyüşünə çıxacaq.
O, avqustun 15-də keçirilməli olan, lakin pandemiyaya görə təxirə salınmış "M1 Global” turnirində döyüş keçirəcək.
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə Gözəlin rəqibi yerli idmançı Dariya Jeleznyakova olacaq.
Qeyd edək ki, əvvəl peşəkar şəkildə güləş, cüdo və samboda özünü sınamış Gözəl Zutova hələ məğlubiyyətlə üzləşməyib. O, keçirdiyi doqquz döyüşün hamısında qalib gəlib. Gözəlin son qələbəsi bu bazar ertəsi Bakıda keçirilmiş IFL liqasında Həqiqət İldırımova üzərində olub. Ümumiyyətlə, bu döyüş Zutovanın bu il keçirəcəyi dördüncü görüş olacaq.

Onun 24 yaşlı rəqibi Dariya Jeleznyakova da məğlubiyyətsizdir. Lakin rus xanım idmançı cəmi üç peşəkar MMA görüşü keçirib. (Oxu.az)




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
“MY“dən 16 yaşlı futbolçu üçün 15 milyon avro
19.10.2020
Messi üçün şok təklif - Cəmi 15 milyon...
19.10.2020
“Həbibi yerə sərəndə fanatları göz yaşı tökəcək“
19.10.2020
Madrid klubunun forvardı sıradan çıxdı
18.10.2020
“Barselona“ “Xetafe“yə uduzdu

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Исраэль хайом“: “Пришло время продвигать глобальную безопасность в Нагорном Карабахе“
2 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
3 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
4 Бакинские армяне призывают Ереван прекратить оккупацию
5 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info