Cəbhə xəttindən uzaq durun
Tarix: 26.09.2020 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri Birləşmiş Ştatlar vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədindən və Dağlıq Qarabağ istiqamətindəki təmas xəttindən uzaq durmağa çağırır.
Palitranews.az virtualaz.org-a istinadən bildirir ki, ABŞ-ın Yerevandakı səfirliyinin yaydığı xəbərdarlığa əsasən Birləşmiş Ştatlar vətəndaşları Ermənistanda Dilican milli parkından şimala, Tavuş vilayətində Gürcüstanla sərhədə, habelə Dağlıq Qarabağa səfərlərdən çəkinməlidir.

Bəyanatda deyilir ki, səfirlik sərhəddəki situasiyanın inkişafını izləyəcək və bu haqda öz vətəndaşlarına əlavə məlumat verəcək.

ABŞ-ın Bakıdakı səfirliyinin ötən gün sentyabrın 25-də yaydığı analoji xəbərdarlıqda isə deyilir ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə əlaqədar olaraq Birləşmiş Ştatların vətəndaşları xüsusi zərurət olmadıqda Abşeron yarımadasının hüdudlarını tərk etməməli və ölkənin digər regionlarına səfərlərdən çəkinməlidirlər. Vətəndaşlara tövsiyə edilir ki, hadisələrin istənilən inkişafına dair Azərbaycanın yerli xəbərlərini izləsinlər. Səfirlik ABŞ vətəndaşlarından ictimai yerlərdə ehtiyatlı olmağı və istənilən publik toplantılardan uzaq durmalarını da istəyir. Bildirilir ki, səfirlik hadisələrin inkişafını izləyəcək və təhlükəsizliklə bağlı zərurət yarandıqda əlavə informasiyalar verəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev son çıxışlarında Ermənistanın təmas xətti boyu əlavə qüvvələr cəmləşdirdiyini və yeni hərbi təcavüzə hazırlaşdığını bəyan edib. Dövlət başçısı xəbərdarlıq edib ki, düşmənin istənilən təcavüzünə sərt cavab veriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
NATO-da Qarabağ müzakirəsi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”
19.10.2020
Ceyhun Bayramovla Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub
19.10.2020
XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək
19.10.2020
Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb
19.10.2020
Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Исраэль хайом“: “Пришло время продвигать глобальную безопасность в Нагорном Карабахе“
2 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
3 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
4 Бакинские армяне призывают Ереван прекратить оккупацию
5 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info