Ombudsman düşmənin ağır artilleriya atəşi nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə baş çəkib
Tarix: 28.09.2020 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məıumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın təxribatçı hərəkətləri nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan son hadisələrlə bağlı qeyd olunan faktları yerində araşdırmaq məqsədilə artilleriya atəşinə məruz qalmış kəndlərə səfər edib.

Ombudsman Ermənistan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı Qaşaltı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə, habelə ağır artilleriya atəşi ilə dağıdılmış evə baş çəkərək vəziyyətlə yerində tanış olub və mülki əhali ilə görüşüb.

Ermənistan silahlı qüvvələrinin insanların sıx yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Ermənistanın növbəti dəfə mülki əhalini qəsdən hədəfə alması beynəlxalq hüquq normalarının, o cümlədən beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının müvafiq müddəalarının kobud surətdə pozulmasıdır.

Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, mülki yaşayış məntəqələrini və obyektləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Elə həmin tarixdə Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində cəhbə ərazisi olmayan Naftalan şəhərinin Qaşaltı kəndində ikisi uşaq, ikisi ahıl, biri gənc olmaqla bütöv bir ailə (Qurbanov Elbrus İsa oğlu, onun həyat yoldaşı Qurbanova Şəfayət Novruz qızı, gəlini Əmirova Afaq Dəmir qızı, orta məktəb şagirdləri olan nəvələri 2006-cı il təvəllüdlü Qurbanova Fidan Elşən qızı və 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar Nadir oğlu) həlak olub.

Mingəçevirdə yol qəzası olub APA_nın Mingəçevir bürosunun məlumatına görə hadisə Samux küçəsində baş verib. Biri Vaz markalı minik maşını olmaqla iki avtomobil toqquşub. Durumu daha ciddi olan1983 cü il təvəllüdlü yaralı Rəsulov Mənsur Yavər oğlu xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib
23.10.2020
Düşmənə ağır zərbə: ərazi və yüksəkliklər azad edildi - VIDEO
22.10.2020
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz
22.10.2020
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib
22.10.2020
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Ağdamda 3 cəbhəyanı kəndin yolu yenidən qurulub
4 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
5 Dövlət Komitəsi Bakının Baş Planının ilkin layihəsini BNA ilə müzakirə edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info