ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri: Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli həll yolu kimi istifadə oluna bilər
Tarix: 30.09.2020 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan Adnkronos xəbər agentliyi Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü nəticəsində yaranmış şəraitdə ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri, İtaliyanın sabiq xarici işlər nazirinin müavini Mario Raffellidən müsahibə götürüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibəsində M.Raffaelli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən başlamasının çox narahatedici olduğunu bildirir və əlavə edir ki, münaqişə ilə bağlı status-kvonun saxlanılması onun hər an alovlanmağa gətirib çıxaracağını düşünməyə əsas verirdi.

M.Raffaelli qeyd edir ki, gərginliyi dayandırmaq üçün güclü beynəlxalq təşəbbüsə ehtiyac vardır və hazırda münaqişənin başlamasından otuz il sonra həll yolu tapılmasına cəhd etmək lazımdır. O, Minsk konfransına sədr olduğu dövrdə BMT TŞ-nın dörd qətnaməsinin təşəbbüskarı olduğunu bildirir və xatırladır ki, qətnamələr “hələ də masa üzərində olan, lakin heç vaxt həyata keçirilməmiş sənədlərdir”.

Müsahibəsində M.Raffaelli vurğulayır ki, həll yolunun elementləri hələ də həmin sənədlərdədir, həmişəki kimi prinsipləri uyğunlaşdırmaq lazımdır, lakin həmin prinsiplər də o sənədlərdədir. M.Raffaelli qeyd edir ki, siyasi həll yoluna kömək edən fərqli mühit üçün iqtisadi və ticarət fəaliyyətlərinin bərpasına imkan verən düşmənçilik aktlarının dayandırılması və monitorinq vəziyyətindən istifadə etmək lazım idi. Bildirir ki, bu, böyük potensiala malik ərazidir, həmçinin son otuz il ərzində iqtisadi cəhətdən çox güclənmiş və çox vacib olan regionda investisiyalar həyata keçirən Azərbaycanın böyük töhfəsi ola bilər və bu münaqişə hamının zərərinədir.

M.Raffaellinin fikrincə, unudulmamalı olan vacib siyasi məqam odur ki, müstəqilliyin (Dağlıq Qarabağın) elan edilməsi hətta Ermənistanın da tanımadığı bir şeydir və Azərbaycan tərəfi razı olmayacağı təqdirdə heç vaxt uğur qazana bilməz. Digər tərəfdən, həmçinin əvvəlki status kvoya qayıdılması, yəni Dağlıq Qarabağın Azərbaycanın tərkibində adi region olması cəhdi də fikirləşilməli deyil.

O vurğulayır: “Bunun üçün 1993-cü ildə mümkün həll yolu kimi Cənubi Tirol modelini irəli sürmüşdüm və izah etmişdim ki, daxildə adi muxtariyyət Dağlıq Qarabağ əhalisi üçün qəbuledilən və ya zəmanət verilən ola bilməz və müstəqillik qeyri-praktikidir, bu muxtariyyət modeli yalnız İtaliyada Cənubi Tirol kimi bu muxtariyyət modeli və yalnız beynəlxalq zəmanət ilə ola bilər. Azərbaycan tərəfi bu təklifə qulaq asmışdı”. M.Raffaelli bildirir ki, Minsk Qrupu və ya həmsədrlər əllərində olan mexanizmlər vasitəsilə daha güclü şəkildə vasitəçilik fəaliyyətinə başlamalıdılar.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib
28.10.2020
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb
28.10.2020
Naxçıvanın bir çox tarixi abidələri işğal altındadır - İnstitut
28.10.2020
Düşmən itki verərək geri çəkilib - MN
27.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
3 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
4 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
5 Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info