Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb
Tarix: 30.09.2020 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Ermənistan Silahlı Qüvvələri Azərbaycanın təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib.
Onun sözlərinə görə, erməni hərbi birləşmələri mülki əhalinin yaşayış evlərini hədəfə alıb: "Sentyabrın 27-dən bu günə qədər erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 97 ev və obyektə ciddi ziyan dəyib. Onlardan 80-i yaşayış evidir, qalan 17-si isə digər tikililərdir. Zərər dəyən evlərdən 20-si tam dağılıb, 60-ı isə qismən. Ermənilər Ağdamda 80 yerlik Təzəkənd orta məktəbini də atəşə tutublar. Yeni tikilmiş modul tipli məktəbin qapı və pəncərəsi dağılıb, məktəbə ciddi ziyan dəyib. Hadisə nəticəsində əhaliyə məxsus 22 baş mal-qara da tələf olub".

A.Əliyev bildirib ki, ermənilərin kəndləri hədəfə almasına baxmayaraq, əhalidə böyük ruh yüksəkliyi var: "Əhali döyüşə hazırdır, evlərini təkr etmək fikrində deyil. Ağdam əhalisi Azərbaycan Ordusuna güvənir və onlara lazım olan dəstəyi verməyə hazırdır".




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Emənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN
27.10.2020
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
27.10.2020
Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır
27.10.2020
Azərbaycanda son gündə 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb, 9 nəfər vəfat edib
27.10.2020
Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
3 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
4 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
5 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info