Ayətullah Xameneinin təmsilçiləri: “Azərbaycanın son qələbələrini uca tuturuq“
Tarix: 01.10.2020 | Saat: 07:50:00 | E-mail | Çapa göndər


İranın azərbaycanlılar yaşayan 4 əyalətində olan Ayətullah Xameneinin təmsilçiləri Azərbaycan Respublikasının haqq işini dəstəkləyən bəyanat yayıblar.

APA-nın Tehran bürosunun məlumatına görə, Bəyanat İran mətbuatında, eləcə də dövlət televiziyasından yayımlanıb.

Bəyanatda deyilir: “Qarabağın Azərbaycana aid olmasında, onun Ermənistan tərəfindən işğal edilməsində heç bir şübhə yoxdur. Eləcə də Qarabağ ərazisinin Azərbaycan Respublikasına qayıtmasının vacibliyində də heç bir şübhə yoxdur.

Azərbaycan hökumətinin işğal olmuş Qarabağ ərazisini geri almaq üçün atdığı addım tamamilə qanuni və dinidir. Azərbaycan bu addımı ilə BMT TŞ-nın qətnamələrini həyata keçirmək istəyir.

Biz Quran ayələri, Peyğəmbərin və Əhlibeyt imamlarının sünnəsi və İslam inqilabının fəlsəfəsinin tələbinə uyğun olaraq, zülmə məruz qalanları himayə və müdafiə etməyi özümüzə borc bilirik.

Azərbaycan xalqı hamıdan yaxşı bilir ki, İran İslam Respublikası Qarabağ müharibəsi dövründə Azərbaycana ən yüksək dəstək və yardım göstərib, bütün beynəlxalq dairələrdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib, Xarici İşlər Nazirliyi də son hadisələrdə bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Hazırda Azərbaycanın Naxçıvana quru yolu təkcə İran İslam Respublikası ərazisindən keçir və İran bu torpağı səxavətlə Azərbaycanın istifadəsinə verib.

Təəssüf ki, son günlərdə iki dost ölkə arasındakı münasibətləri görmək istəməyən bəzi qüvvələr əsassız bəhanələrlə hay-küy qaldırıb, qalmaqal yaradıb və İslam Respublikasını xəyanətdə ittiham edib. Bu məsələ tələb edir ki, biz düşmənin psixoloji müharibə miqyasına həssas yanaşaq və onların pis niyyətlərinin həyata keçməsi üçün alətə çevrilməyək.

Biz Azərbaycanın son qələbələrini uca tuturuq, Allahdan Azərbaycanın böyük xalqının şəhidlərinə ülvi dərəcələr diləyirik və arzu edirik ki, bu döyüş tezliklə haqq sahibinin öz haqqına çatması ilə sona yetsin.

Seyid Həsən Amili, Ərdəbil əyaləti üzrə təmsilçi;

Əli Xatəmi, Zəncan əyaləti üzrə təmsilçi;

Seyid Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan əyaləti üzrə təmsilçi;

Seyid Məhdi Qüreyşi, Qərbi Azərbaycan əyaləti üzrə təmsilçi.

30 sentyabr, Urmiya”.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib
28.10.2020
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb
28.10.2020
Naxçıvanın bir çox tarixi abidələri işğal altındadır - İnstitut
28.10.2020
Düşmən itki verərək geri çəkilib - MN
27.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
2 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
3 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
4 Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq - Zəngilan sakini
5 “Geri dönüş” adlı kompozisiya hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info