Kanadadakı azərbaycanlılar BBC-yə etiraz ediblər
Tarix: 01.10.2020 | Saat: 20:00:00 | E-mail | Çapa göndər



Azərbaycan-Kanada Multikultural Mərkəzinin (Azerbaijani Canadian Multicultural Center) azərbaycanlı icması Qarabağ münaqişəsi haqqında BBC-də yayımlanan qərəzli süjetə və məqalələrə etirazını bildirib.


Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, BBC-yə ünvanlanan açıq məktubda deyilir ki, azərbaycanlı icması bu yaxınlarda Qarabağda aparılan hərbi əməliyyatlar barədə dezinformasiya səciyyəli süjetlərin və məqalələrin yayımlanmasından dərin narahatlıq keçirir.

"Biz, xüsusilə 29 sentyabr 2020-ci il tarixli "Ermənistan deyir ki, onun uçuş aparatı Türkiyə tərəfindən vurulub" və 28 sentyabr 2020-ci il tarixli "Azərbaycan və Türkiyə Dağlıq Qarabağın erməni əhalisini məhv edəcək" başlıqlı məqalələrdən narahatıq. Hər bir halda BBC ermənilərin əsassız iddialarını sübutsuz olaraq dərc edib. Belə əsassız iddialar şəksiz olaraq azərbaycanlıların və türklərin beynəlxalq arenadakı nüfuzunun gözdən salınmasına və ictimai fikrin ədalətsizcəsinə yönəldilməsinə xidmət edir".

Dezinformasiyaya yol verilməməsi naminə jurnalist versiyasının obyektiv olmasının vacibliyini xatırladan soydaşlarımız Britaniya KİV-inin yoxlanılmamış xəbərlər və sərlövhələr yaymasından təəssüfləndiklərini bildirərək yanlışlığın düzəldilməsinin vacibliyini vurğulayıblar: "Biz, kanadalılar, ümid edirik ki, BBC ictimai maraqdan başqa digər məqamı prioritet saymır. Biz inanırıq ki, nüfuzlu xəbər agentliyi olan BBC dərc olunmuş məqalələrdə əsassız informasiyaya yenidən baxmağa, qeyri-dəqiq informasiyanı dəqiqləşdirməyə və ictimai marağı üstün tutmağa hazırdır".




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Naxçıvanın bir çox tarixi abidələri işğal altındadır - İnstitut
28.10.2020
Düşmən itki verərək geri çəkilib - MN
27.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
27.10.2020
Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
27.10.2020
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
3 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
4 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
5 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info