Tural Gəncəliyev: Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” son günlər yenə sərsəmləməyə başlayıb
Tarix: 01.10.2020 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı başladığı növbəti təcavüz aktını şərh edib.

İcmadan Trend-ə verilən məlumata görə, T.Gəncəliyevin şərhində deyilir: "2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başladığı növbəti təcavüz aktına cavab olaraq ölkəmizin öz ərazisində apardığı əks hücum əməliyyatlarının fonunda qondarma rejimin “başçısı” son günlər yenə sərsəmləməyə başlayıb.

Əli günahsız azərbaycanlı mülki əhalinin, o cümlədən körpələrin qanına batmış və törətdikləri cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verəcək bu kriminal ünsürlər öz “ağıl”ları və “məntiq”ləri ilə öz aləmlərində guya Azərbaycanı “təhdid” edirlər.

Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır, onun əlaltısı olan qondarma xunta rejimidir ki, başqa ölkənin ərazisini işğal edib, yüz minlərlə azərbaycanlını doğma yurdlarından qovub və beynəlxalq hüququ ayaq altına ataraq, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların torpaqlarımızdan çəkilməsini tələb edən qətnamələrini icra etmir.

Sentyabrın 30-da yaralı əsgərlərlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın erməni xalqı ilə işi yoxdur.

Bizim məqsədimiz işğalçı Ermənistan ordusunu öz torpaqlarımızdan qovmaqdır. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək və bundan sonra doğma yurdlarına qayıdacaq Dağlıq Qarabağın azərbaycanlı icması olaraq bizlər Azərbaycanın erməni mənşəli vətəndaşları ilə sülh şəraitində birgə yaşayacağıq.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
“Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli var” – Rusiyalı hərbi ekspert
27.10.2020
Ermənistanın itirdiyi hərbi texnika və sursatı bərpa etməyə 25 il vaxt lazımdır - Vüsal Qasımlı
27.10.2020
II Qareginin müharibə çağırışı heç bir dini çərçivəyə sığmır - Robert Mobili
27.10.2020
Bu əməliyyatla Bakı müharibəni bitirəcək - Brayza
27.10.2020
Ermənilərə silah yardımı göstərmək ikiüzlülük və xainlikdir - Devlet Bahçeli

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
3 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
4 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
5 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info