“Qarabağ“ Polşa zəfərini əsgər salamı ilə qeyd etdi
Tarix: 02.10.2020 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" üzərində 3:0 hesablı qələbəni əsgər salamı ilə qeyd edib.

Qol.az xəbər verir ki, Varşavadakı "Voyska Polskieqo" stadionunda keçirilən matçın ardından Ağdam təmsilçisi erməni işğalçılarına qarşı əks-hücum əməliyyatı keçirən Ordumuza kollektiv olaraq, əsgər salamı ilə dəstək olub.

Qeyd edək ki, bu qələbə sayəsində "Qarabağ" ardıcıl 7-ci mövsüm Avrokubokların qrup mərhələsinə yüksəlib.

=======

"Qarabağ" bu gün Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.
Qol.az xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşıb. Varşavanın "Voyska Polskoqo" stadionunda keçirilən görüş təmsilçimizin inamlı qələbəsi ilə başa çatıb - 3:0.
Bununla da Qurban Qurbanovun komandası Avroliqanın qrup mərhələsinə yüksəlib. "Qarabağ" ümumilikdə arıdıcıl 7-ci ildir ki, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. Ağdam təmsilçisi bunadək 1 dəfə Çempionlar Liqasının, 5 dəfə isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

Qeyd edək ki, qrup mərhələsinin püşkü sabah atılacaq.

1 oktyabr
"Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:3
Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 69
Baş hakim: Tobias Ştiler (Almaniya)




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
“Liverpul”, “MSiti” və “Bavariya” qələbə qazanıb, “Real” isə...
27.10.2020
“Barselona”nın prezidenti istefa verib
27.10.2020
“Yuventus“ Fati ilə maraqlanır
26.10.2020
Poqba millidəki karyerasını başa vurdu
25.10.2020
“Real“ Poçettino ilə danışıqlar aparır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
3 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
4 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
5 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info