Ermənistanda ərzaq məhsulları durmadan bahalaşır
Tarix: 04.11.2013 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Ermənistanda ərzaq məhsulları durmadan bahalaşmaqdadır. Erməni mediası bu barədə həyəcan təbili çalır. Bildirilir ki, Ermənistanda ərzaq məhsullarının qiymətləri oktyabr ayı müddətində də artmağa davam edib. Şəkər tozundan başqa bütün ərzaq məhsullarının qiyməti bu ölkədə qalxmaqdadır. Hər şeydən çox yumurtanın qiyməti qalxıb. 2012-ci ilin oktyabr ayı ilə müqayisədə Ermənistanda yumurtanın qiyməti 33,5 faiz qalxıb. Süd məhsullarının da qiyməti xeyli artan məhsullar sırasındadır – bu müddətdə onlar 11,9 faiz artıblar. Meyvələrin qiymətində isə 9,5 faiz artım var. Tərəvəz və kartofun qiyməti bir il ərzində 7,2 faiz qalxıb. Ölkənin 9 şəhərində bir ay ərzində kartof və tərəvəzin qiyməti 0,9-9,3 faiz arasında qalxıb. Ən çox qiymət artımı Vanadzorda baş verib. Bir il ərzində balıq məhsullarının qiyməti 6,3 faiz artıb. Elə bu müddət ərzində qənnadı məhsulları 7,4 faiz artıb, ət məhsulları isə 4,4 faiz artıb. Ət məhsullarında qiymət artımı üzrə ən yüksək göstəricilər Razdanda, Çarençavanda və Kapanda qeydə alınıb.
Bir il ərzində təkcə şəkər tozunun qiymətində enmə müşahidə olunduğu bildirilir. Şəkər tozunun ölkə üzrə orta qiyməti 2012-ci ilin oktyabr ayı ilə müqayisədə 15,8 faiz düşüb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək
22.02.2019
AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı bəlli oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info