Gənclər Fondunun sədri Bakı Ali Neft Məktəbində olub
Tarix: 04.11.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.
Görüşdə BANM-nin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, Gənclər Fondu ilə əməkdaşlığın qurulması ali məktəbin tələbələri üçün olduqca vacib və əhəmiyyətlidir.
Ölkədə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən danışan E.Qasımov qeyd edib ki, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə bir lider kimi yetişməsi üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb.
Görüşdə çıxış edən Fərhad Hacıyev deyib ki, Azərbaycanda Avropa standartlarına tam uyğun yaradılmış Bakı Ali Neft Məktəbi dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir.
Qonaq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib.
F.Hacıyev bildirib ki, Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur. Gənclər Fondu bu günə qədər 3 qrant müsabiqəsi həyata keçirib və artıq 4-cü qrant müsabiqəsinə start verilib. Tələbələri bu qrant müsabiqəsində fəal iştirak etməyə çağıran F.Hacıyev müsabiqənin şərtləri və qaydaları haqqında ətraflı məlumat verib.
Gənclər Fondu ilə artıq fəaliyyətə başladıqlarını bildirən BANM Tələbə Senatının sədri Rəvan Adilov bildirib ki, onların təşkilatı ATGTİ -ilə birlikdə həyata keçirmək istədikləri “Gənc Neftçilərin I Bilik Olimpiyadası” layihəsi üçün Gənclər Fondunun həyata keçirdiyi 3-cü qrant müsabiqəsinin qalib layihələrindən olub və yaxın zamanda bu layihənin icrasına başlanılacaq.
Görüşdə tələbələrin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info