Tələbələrimiz Almaniyada yay kurslarında iştirak edəcək
Tarix: 04.11.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin rəhbəri xanım Nikola Ulliş Naxçıvan Dövlət Universitetində olub.
Rəsmi qəbul zamanı universitetin rektoru, professor Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetində dünya təhsil sisteminə inteqrasiya, ali təhsil sahəsində ümumavropa təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, universitet dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Universitet bir çox beynəlxalq layihələrdə, o cümlədən Tempus proqramı çərçivəsində həyata keçirilən 5 layihədə də uğurla təmsil olunmaqdadır. Tələbə mobilliyinin artırılması nəticəsində bir neçə tələbə təhsillərini Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində, Cənubi Koreyanın Kimçonq Universitetində davam etdirirlər. “ERASMUS MUNDUS” layihəsi çərçivəsində 2 nəfər İspaniyanin Santyago de Kompostela Universitetində, 1nəfər isə İtaliyanın Tuskua Universitetində doktorantura təhsili alır. Rektor Almaniya ilə də tələbə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Xanım Nikola Ulliş təmsil etdiyi qurum haqqında ətraflı məlumat verərək Alman Akademik Mübadilə Xidmətinin alman ali məktəblərinin birgə qurumu və beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qurum olduğunu bildirib.
Sonra tələbə və magistrlər qarşısında geniş təqdimat olub. Təqdimatı giriş sözü ilə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov açaraq Almaniyada təhsil imkanları haqqında məlumat verib. Xanım Ulliş DAAD Bakı Məlumat Mərkəzinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində yaradıldığını qeyd edərək onun fəaliyyət istiqamətlərindən danışıb. O, mərkəzin əsas missiyasının Almaniyada təhsil və tədqiqat imkanları barədə məlumatların yayılmasından, Almaniya ali məktəblərində mövcud olan ixtisas və fakültələr barəsində məlumatların Azərbaycan ali məktəblərinə çatdırılmasından, Azərbaycan ali məktəbləri və tədqiqat mərkəzləri üçün ayrılmış tədqiqat proqramları barəsində yeniliklərin maraqlı tərəfdaşlara bildirilməsindən və müxtəlif təqaüd proqramları üzrə müsabiqələrin keçirilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Sonra Almaniyada yay dil kurslarına iştirak etmək üçün universitetin II və III kurs tələbələrinin, I kurs magistrantların qatıldığı online imtahan keçirilib. İmtahanın nəticələri 2014-cü ilin mart-aprel aylarında bilinəcək.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info