Moskvada “Rus marşı” keçirilib
Tarix: 04.11.2013 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtının Lyublino rayonunda keçirilən “Rus marşı” zamanı azərbaycanlılardan döyülən və xəsarət alanların olması ilə bağlı məlumat yoxdur. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Milli Birlik Günü münasibətilə paytaxtın bir neçə rayonunda keçirilən “Rus marşı” ilə əlaqədar azərbaycanlıların döyülməsi və xəsarət alması ilə bağlı səfirliyə heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, Moskvanın Lyublino rayonunda rus millətçilərinin “Rus marşı” adlı yürüş-mitinqi keçirilib. Mitinq zamanı nasist şüarlar qışqıran və əllərində yasaq rəmzlər təsvir edilmiş plakat tutan bir qrupa polis müdaxilə edib. Onlardan bəziləri saxlanılıb, digərləri isə qaçıb. Yürüşün təşkilatçıları hava şəraiti ilə əlaqədar yürüşdən sonra nəzərdə tutulan mitinqi ləğv ediblər. Güclü yağış başladıqdan sonra təşkilatçılar mitinqin olmayacağını və tribunadan, sadəcə, aksiyanın əsas tələblərinin səsləndiriləcəyini bildiriblər. Moskva polisi aksiyada təxminən 8 min nəfərin iştirak etdiyini açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info