“Suriya sənayesi müharibəyə görə 2,2 milyard dollardan çox itkiyə məruz qalıb”
Tarix: 04.11.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Suriya sənayesi bu ölkədə gedən vətəndaş müharibəsi müddətində 2,2 milyard dollardan çox itkiyə məruz qalıb. Bu barədə ölkənin sənaye naziri Kəmaləddin Toxme bildirib. O qeyd edib ki, ölkənin sənaye sahəsinin itkiləri 2013-cü ilin oktyabrına qədər 336 milyard Suriya funtu təşkil edir: “Təkcə özəl sektorun itkiləri 230 milyard Suriya funtu - 1,5 milyard təşkil edir. Dövlət sənaye sektorunun itkiləri isə 106 milyard funt - 700 milyon dollar təşkil edir.
Nazirin sözlərinə görə, bu rəqəmlər təxminidir, çünki silahlı terrorist qruplaşmalara görə bir çox müəssisələrin itkisi barədə əldə dəqiq məlumat yoxdur. Həmin qruplaşmalar hökumət qüvvələri ilə hələ də silahlı mübarizədədirlər.
Xatırladaq ki, Suriyada 2011-ci ilin martından hakimiyyət və ona müxalif silahlı qruplaşmalar arasında silahlı mübarizə davam edir. Bu müddət ərzində müxtəlif məlumatlara görə, 100 mindən artıq insan öldürülüb. Suriya hakimiyyəti bəyan edir ki, xaricdən dəstək alan yaxşı silahlanmış döyüşçülərlə silahlı toqquşmaya məruz qalıblar.
Qeyd edək ki, Suriyada baş verən hadisələr bu ölkəyə həm iqtisadiyyat, maddi resurslar, həm də kütləvi sayda günahsız insan itkisi baxımından ciddi ziyan dəydiyini göstərir. Bütün bunlar müəyyən xarici dairələrin maraqlarına görə Suriyanın bir ölkə kimi qana, kütləvi insan itkisinə, dağıntıya, tənəzzülə uğradığını büruzə verir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanda da vaxtilə radikal müxalifət qüvvələri bu cür qarşıdurmalara təhrik edilmişdilər. Onlar hətta son seçkidə də belə iğtişaşların baş verməsində maraqlı olduqlarını gizlətmirdilər. Amma Azərbaycan cəmiyyəti, vətəndaşlarımız milli maraqlarımızı və ölkənin sabit rifahını, asayişi bu cür destruktiv qüvvələrin çirkin niyyətlərindən təbii ki üstün tutdular. Ona görə də bəzi xarici dairələrin boyunduruğuna düşən bu qüvvələr cəmiyyət tərəfindən boykot olundu və seçkidə də məhz bu cür iğtişaşçı mahiyyətləri ifşa olunduqlarına görə tam məğlubiyyətə və iflasa uğradılar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26.06.2019
Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir
25.06.2019
Azərbaycanın yerləşdiyi bölgədə müxtəlif dövlətlərin maraqları toqquşur
25.06.2019
Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25.06.2019
Кризис одного туристического направления рождает возможности для другого

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info