ABŞ Senatı İrana qarşı yeni sanksiyaların müzakirəsini təxirə salıb
Tarix: 04.11.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


ABŞ Senatı İrana qarşı yeni sanksiyaların təxirə salınmasını qəbul edib. ABŞ Senatının Bank Komitəsinin üzvləri Robert MenendezMark Kirk Barak Obama Administrasiyasının bununla bağlı onları razı salmağı bacardığını bildirib.
Hər iki konqresmen yaydıqları açıqlamada İranın nüvə siyasətini nəzərdən keçirməsi məqsədilə bu ölkəyə yeni fürsət tanımaq üçün əlavə sanksiyalar qanununu hələlik ABŞ Senatına təqdim etməyəcəklərini vurğulayıblar. Qeyd edək ki, oktyabrın 31-də axşam saatlarında ABŞ hökumətinin bir qrup nümayəndəsi ilə amerikalı senatorlar arasında İrana qarşı yeni sanksiyalar məsələsi ilə bağlı ortaq toplantı keçirilib. Yığıncaqda ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri, maliyyə naziri Cek Lo və digər rəsmilər iştirak ediblər. Toplantıda ABŞ hökuməti demokrat və respublikaçı senatorlardan İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri səbəbindən rəsmi Tehrana qarşı mülayim davranılması və bu ölkəyə qarşı sanksiyaların təxirə salınmasını istəyib. Barak Obama Administrasiyası İranın nüvə məsələsinin qısa zamanda həll edilməsi qeyri-mümkün və zamana ehtiyacı olan mövzu olduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info