“ABŞ ilə Azərbaycan arasında strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq mövcuddur”
Tarix: 05.11.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının sədri Jozef M.Souki Azərbaycan dövlət başçısını təbrik edib: “Zati-aliləri, Havay Ştatının qanunverici hakimiyyəti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və xalqlarımız arasında dostluq əlaqələrini inkişaf etdirmək sahəsindəki xidmətlərinizi yüksək qiymətləndirir.
Birləşmiş Ştatlar ilə Azərbaycan arasında ümumi strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq mövcuddur. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısını almaq, qlobal səviyyədə tolerantlıq və tərəqqini təşviq etmək üçün birlikdə işləyirlər. Ümumi maraqlarımız daha geniş şaxələndirmə, tolerantlıq, həmçinin milli azlıqlara hörmət, gender hüquqları və s. sahələri əhatə edir. Hər bir demokratik sistem üçün vacib olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin kökləri vardır.
Yenidən Prezident seçilməyiniz Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Sizin ölkə və xalq qarşısındakı xidmətlərinizin, qətiyyətli mövqeyinizin təsdiqidir.
Azərbaycan Respublikası ABŞ-ın Havay Ştatı ilə bütün sahələrdə, o cümlədən ticarət, mədəniyyət və təhsil sahələrində mübadilə əlaqələrinin genişləndirilməsinə böyük əhəmiyyət verir. Sakit okean regionunda ticarət yollarının kəsişməsində yerləşən Havay, Sizin xidmətlərinizi yüksək qiymətləndirir və Azərbaycanın Xəzər regionundakı əhəmiyyətini xüsusi vurğulayır.
Cənab Prezident, biz Sizin beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində müstəsna liderlik rolunuzu, diqqətəlayiq uğurlarınız ilə qlobal səviyyədə həmkarlarınızın rəğbətini qazanmağınızı və yüksək nüfuza malik olmağınızı qeyd edərək Zati-alinizi bir daha səmimi qəlbdən təbrik edirik.
Zati-aliləri, ali dövləti vəzifənizdə Sizə daha böyük uğurlar arzu edir, möhkəm cansağlığı diləyirik”. ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının üzvləri K.Mark Takai, Rida T.R. Kabanilla, Nümayəndələr Palatası aparatının rəhbəri Brayn Takeşita, Havay ştatı senatının sədri Donna Merkado Kim, Senatın üzvləri Kalani J. İnqliş, Donovan Dela Kruz, senatın aparatının rəhbəri Karol Taniquçi, Şimali Dakota ştatı Nümayəndələr Palatasının üzvü Kori Mok, Cənubi Dakota ştatı Nümayəndələr Palatasının üzvü Lans S. Rassel, Minnesota ştatından senator Alis Conson da Prezidenti təbrik ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info