2013-2014-cü ilin azərbaycanlı Smartfon istehlakçılarının portreti müəyyənləşdi
Tarix: 05.11.2013 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Smartfon seçimi zamanı dizayn azərbaycanlı istehlakçılar üçün əsas amildir. İKT İnformasiya Mərkəzindən aldığımız məlumata görə, bu haqda “Huawei” şirkətinin Azərbaycanda həyata keçirdiyi tədqiqatda deyilir.
Smartfonun seçilməsi zamanı Azərbaycan istehlakçıları əsasən xarici görünüşə diqqət yetirir, çünki xarici görünüş alış-verişdə ilk addımıdır.
Smartfonun seçilməsi zamanı ikinci mühüm amil onun texniki göstəriciləridir. Maraqlıdır ki, Azərbaycan istehlakçısı əsasən ən qabaqcıl texnoloji yeniliklərə malik olan Smartfonlara üstünlük verir, hətta onlardan istifadə etməyəcəyi təqdirdə belə. Tədqiqata əsasən istehlakçıların 70 faizindən çoxu ən son buraxılan Smartfonlarda deyil, məhz əvvəlki Smartfonlarda olan texniki göstəricilərlə kifayətlənə bilər.
Tədqiqat göstərir ki, əgər əvvələr Azərbaycan istehlakçısı dəbli brendlərə üstünlük verirdisə, son illər ərzində üstünlük ən optimal keyfiyyət və qiyməti olan smartfonlara verilir. Məhz Azərbaycan istehlakçılarının dərk edilmiş seçimi Azərbaycan bazarında tələbatı artan brendlər sayının genişləndirilməsinə gətirdi.
“Huawei” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Quo Syaobinqin sözlərinə görə, Azərbaycan istehlakçılarının seçiminin tədqiqatı şirkətə Azərbaycan bazarında böyük tələbata səbəb olacaq Smartfon modellərini müəyyənləşdirməyə imkan verir. “Qeyd etmək istərdim ki, Azərbaycan xalqının mentaliteti bazardakı tələbata bilavasitə təsir edir. Azərbaycan bazarında daha geniş funksionala və ən son texnologiyalara malik olan dəbli Smartfonlara tələbat duyulur. Bu amillərə əsasında biz tələbatı qarşılamaq qabiliyyətinə malik olan yeniliklərimizi Azərbaycan bazarında təqdim edirik. Əminəm ki, yaxın illərdə “Huawei” şirkətinin mobil cihazları Azərbaycanda daha da məşhur olacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info