Bu ilin 9 ayında müsadirə edilən narkotik vasitələrin miqdarı açıqlandı
Tarix: 05.11.2013 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Bu ilin 9 ay ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2302 fakt aşkar edilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 843 kq 389,435 qr müxtəlif növ narkotik vasitələr götürülüb. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 402 kq 046,651 qramı marixuana, 158 kq 635,924 qramı həşiş, 136 kq 058,386 qramı tiryək, 97 kq 417,749 qramı heroin, 49 kq 230,725 qramı digərləri, əlavə olaraq 4800 diazepam həbi təşkil edib. Ümumilikdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 47,6 faizini marixuana, 18,7 faizini həşiş, 16,2 faizini tiryək, 14,4 faizini heroin, və 5,8 faizini psixotrop maddələr, prekursorlar və digərləri təşkil edir. Ölkədə “Xaşxaş-2013” şərti ad altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 295 ton 784 kq-dan artıq narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info