Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində önəmli rolundan danışılıb
Tarix: 05.11.2013 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Meksikanın İberoamerikano Universitetinin beynəlxalq əlaqələr fakültəsinin Yaxın Şərq və Qafqaz araşdırmaları bölməsində “Azərbaycanın enerji əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, konfransda çıxış edən səfir İlqar Muxtarov bildirib ki, dərin mənəvi, mədəni, elmi, iqtisadi potensiala, əlverişli coğrafi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur.
Konfransda vurğulanmışdır ki, Azərbaycanın neft sənayesi 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Azərbaycan xalqı yalnız XX əsrin sonlarında - müstəqillik qazandıqdan sonra bu sərvətlərdən istifadə etmək imkanı qazanıb. Bu imkanı reallığa çevirən ümummilli lider Heydər Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində bu gün neftdən gələn gəlirlər Azərbaycanın iqtisadi tərəqqinsə, xalqın rifahının yüksəlməsinə xidmət edir.
Diqqətə çatdırılıbki, Azərbaycanın neft strategiyasının əsas istiqamətlərindən biri ölkəmizin enerji resurslarının dünya bazarına nəqlidir. Azərbaycanın mənafelərinin təminatı, beynəlxalq iqtisadi əməkdaşlığının inkişafı, əhəmiyyətli əsas ixrac boru kəməri layihələrinin reallaşdırılması üçün mühüm işlər görülmüş və uğurlu nəticələr əldə edilib.
Tədbirdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində önəmli rol oynaması barədə ətraflı danışılıb.
Konfransda, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunub. Bildirilib ki, əgər Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunarsa, Ermənistan da regionda həyata keçirilən layihələrdən faydalana bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir”
18.12.2018
Əhalinin banklarda 8 milyard manatdan çox əmanəti var
18.12.2018
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
18.12.2018
Azərbaycan on bir ayda ən çox İtaliya, Türkiyə və İsrailə məhsul ixrac edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat aqrar kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info