“Yeni İpək Yolu“ biznes-forumu keçiriləcək
Tarix: 05.11.2013 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Noyabrın 6-8-də Qazaxıstanın paytaxtı Astanada "Yeni İpək Yolu" II Beynəlxalq Nəqliyyat və Loqistika biznes-forumu keçiriləcək.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən “Palitra” verilən məlumata görə, tədbirdə Qazaxıstanın dövlət orqanlarının, MDB ölkələrinin dəmir yolu təşkilatlarının, müxtəlif ölkələrin nəqliyyat şirkətlərinin, maliyyə institutlarının nümayəndələri iştirak edəcək.
Forumda dövlət orqanları tərəfindən nəqliyyat və logistika sisteminin inkişaf etdirilməsi istiqamətində görülən işlərin nəticələri, Qazaxıstanın Avrasiya materikində ticari-iqtisadi münasibətlərin inkişafında əsas rolu, Şərq-Qərb dəhlizi istiqamətində dəniz və quru nəqliyyatının tarixi rəqabəti, Traseka - Avropanın siyasi və ya iqtisadi layihəsi, beynəlxalq layihənin inkişaf perspektivləri (Türkiyə, Gürcüstan, Azərbaycan,Qazaxıstan) və digər məsələlər müzakirə olunacaq.
Eyni zamanda biznes-forum çərçivəsində Nəqliyyat-Loqistika Assosiasiyasının ("Kazlogistics") birinci qurultayı da reallaşacaq.
Forumda ölkəmizi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info