Egemen Baxış: “Türkiyə Ermənistanla heç bir münasibət qurmayacaq”
Tarix: 05.11.2013 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


“Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir.” Bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Baxış Avropa Azərbaycan Cəmiyyətinin (AAC) regional əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırarkən bildirib.
E.Baxış bildirib: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, biz həqiqətəndə "bir millət, iki dövlətik". Hazırda Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir. Ölkələrimizin enerji sektorundakı sıx əməkdaşlığı - söhbət Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrindən gedir - növbəti bir neçə onilliklər ərzində Avropanın enerji problemlərinin həllində əhəmiyyətli rol oynayacaq".
Türkiyəli nazirin sözlərinə görə, iki ölkənin rəhbərliyi arasında nümunəvi qardaş münasibətləri var: "Liderlərimiz bütün məsələləri səmimi və şəffaf şəkildə müzakirə edirlər. Bu da məndə inam yaradır ki, bizim gələcək münasibətlərimiz bugünkündən də parlaq olacaq".
Onun sözlərinə görə, Türkiyənin qonşuluq münasibətlərinin gündən-günə gücləndiyi digər bir ölkə isə, əlbəttə ki, Gürcüstandır: "Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli müttəfiqlik əlaqələri var. Bu münasibətlərin xaricində qalan ölkə isə Ermənistandır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi regional əməkadaşlığa mənfi təsir göstərir".
Onun sözlərinə görə, ötən iyirmi ilə nəzər saldıqda, Azərbaycan və Gürcüstanın necə inkişaf etdiyi, Ermənistanın isə inkişafdan kənarda qaldığı aydın görünür.
E.Baxış qeyd edib ki, Baki-Tbilisi-Ceyhan boru kəməri üçtərəfli əməkdaşlığın inkişafı üçün sadəcə bir başlanğıc idi: "Sözügedən layihə Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı etibarın yaranmasına kömək etdi".
Nazirin sözlərinə görə, son 10 ildə Azərbaycan hədsiz dərəcədə inkişaf edib: "Bu gün Azərbaycan və Bakı öz inkişaf tempinə görə dünyanın əsas beynəlxalq ölkələri və şəhərləri ilə rəqabət aparmaq iqtidarındadır. Lakin son onillikdə Ermənistanın əhalisi 4 milyondan 2 milyona enib. Çünki insanlar yoxsulluq və iqtisadi çətinliklərin ucbatından ölkədən baş götürüb gedirlər və kütləvi miqrasiyanın əsas səbəbi Ermənistan hökümətinin öz qonşuları ilə olan problemlərini həll etmək istəməməsindən irəli gəlir. İqtisadi cəhətdən onlar böyük itkidədirlər Təəssüf ki, Azərbaycanın 20 faizə qədər ərazisi hələ də Ermənistanın işğalı altındadır və bir milyona yaxın azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır".
E.Baxış vurğulayıb ki, Ermənistan özünün işğalçılıq siyasətinə son qoymalıdır: "Bizim Azərbaycandakı bacı və qardaşlarımız erməni təcavüzündən hələ də əziyyət çəkdikləri üçün Türkiyə Ermənistanla heç bir münasibət qurmayacaq. Rəsmi Yerevan öz vətəndaşlarının maraqlarına cavab verən düzgün qərarlar qəbul etməlidir. Düzgün olan da Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanla yaxşı münasibətlər yaratmaq və bununla da Türkiyə və Gürcüstanla da yaxşı münasibətlər qurmaqdır ki, ermənilər də həmçinin onların xeyrinə olacaq regional investisiya layihələrinin bir hissəsindən yararlana bilsinlər".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info