Bakıda keçirilən seminarda qlobal elmi bazadan effektiv istifadə imkanları araşdırılıb
Tarix: 05.11.2013 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Noyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyası, İnformasiya Texnologiyaları İnstitutu və “Thomson Reuters” şirkətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar keçirilmişdir.
İnstitut rəhbərlərinin, alim və mütəxəssislərin, gənc tədqiqatçıların iştirak etdikləri seminarda çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü professor Rasim Əliquliyev qlobal elmi bazaya çıxışın aktuallığından danışıb. O, bildirib ki, müasir dövrdə davamlı elmi inkişafın təmin olunması üçün vacib şərtlərdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiyadır. 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya ili” elan olunduğunu vurğulayan R.Əliquliyev deyib ki, müvafiq tədbirlər planında dünyanın nüfuzlu, yüksək indeksli jurnallarında elmi məqalələrin dərc edilməsinə, bu sahədə əməkdaşlıq əlaqələrinin davamlı inkişafına xüsusi yer ayrılıb. İnnovativ elmi nəticələrin əldə olunması baxımından dünya səviyyəsində səmərəli elmi axtarışların aparılmasının vacibliyindən bəhs edən R.Əliquliyev institutun Avropa elmi mühitinə inteqrasiya, müxtəlif xarici elmi-tədqiqat institutları, xüsusən “Tomson Reuters”, “IEEE”, “Springer”, “Elseiver” və digər nüfuzlu təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Çıxışında İnformasiya Texnologiyaları İnstitutunda biliklər xəzinəsi üçün texnoloji imkanlar mövzusuna geniş yer ayıran R.Əliquliyev bu zəngin bazadan lazımi informasiyanın əldə edilməsinin mürəkkəb və aktual məsələ olduğunu söyləmişdir. Bu istiqamətdə institutda görülən işlər, əldə olunan nəticələr müsbət qiymətləndirilib.
Qlobal elmi istinad bazasının alimlər və elmi qurumlar üçün təqdim etdiyi imkanlar haqqında danışan “Thomson Reuters”in strateji əməkdaşlıq meneceri Filip Pörnel dünyanın yüzdən çox ölkəsindən 30 milyon tədqiqatçının bu bazaya elmi, iqtisadi və sosial problemlərin həllinə dair mövzularla bağlı müraciət etdiyini bildirib. O, bazadan elmi-tədqiqat, elmi əməkdaşlıq və analitik təhlillər məqsədilə effektiv istifadənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bazanın yüksək impakt faktorlu jurnallarının son araşdırmalarına görə, Azərbaycanda aparılan tədqiqatlar, innovasiya fəaliyyəti sürətlə inkişaf edir və bu tədqiqatlara olan istinadlar araşdırmaların qlobal təsirə malik olduğunun göstəricisidir.
Türkiyənin Elmi Texnoloji Araşdırmalar Qurumunun direktoru Ahmet Kaplan “Thomson Reuters”in Türkiyə təcrübəsindən danışaraq bildirib ki, qurum ölkədəki bütün akademik dairələri birləşdirən milli şəbəkədir. Türkiyədə elm və təhsilin keyfiyyətini artırmaq və elmi nəticələri dünyaya çatdırmaq əsas hədəflərdəndir.
“Mikro Bilgi Kayit və Dağitim” şirkətinin layihə və beynəlxalq satış üzrə direktoru Metin Tunc bildirib ki, “Thomson Reuters” elmi tədqiqatların nəticələrini təhlil edərək ölkədə innovasiya fəaliyyətinin, impakt faktorlu və patent nəşrlərin inkişafını göstərən son tədqiqatları təqdim edir. Bu tədbirin də əsas məqsədi Azərbaycanın elm adamlarının həmin bazadan səmərəli istifadəsini təmin etmək, qlobal məkanda rəqabət gücünü artırmaq və elmi potensialını dünya ictimaiyyətinə çatdırmaqdır.
Sonda məruzəçilər çoxsaylı sualları cavablandırıblar.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info