Çoxuşaqlı ailələrə kommunal xərclər üçün kompensasiya verilə bilər
Tarix: 05.11.2013 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Bir sıra dövlət qurumları tərəfindən yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun layihəsinin bu sessiyanın sonuna kimi Milli Məclisin müzakirəsinə təqdim olunması planlaşdırılır.
Layihənin hazırlanmasında əsas iştirakçılardan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qanunla bağlı müzakirələr gedir və ilin sonuna qədər yekunlaşaraq parlamentə təqdim oluna bilər. Layihə üzərində Maliyyə və Səhiyyə nazirlikləri ilə yanaşı, bir sıra qurumlar da işləyib. Qanun layihəsinə görə, çoxuşaqlı ailələrə veriləcək güzəştlərə təhsil, səhiyyə, kommunal xidmətlər, həyat şəraitinin, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma sahəsində imtiyaz və güzəştlərdən ibarətdir. Bu kimi ailələrin uşaqlarına təhsil almaq, səhiyyə xidmətlərindən istifadə üçün güzəştlərin tətbiq olunması, kommunal xidmət xərclərinin ödənilməsi üçün dövlət tərəfindən kompensasiya verilməsi və s. nəzərdə tutulur. Buraya həmin ailədən olanların işlə təmin olunmasında, xüsusilə dövlət orqanlarında işə qəbul zamanı vakansiyalara yerləşdirmədə də güzəştlər aiddir. Layihədə həmçinin bu ailədən olan uşaqların təhsil haqqının yarı hissəsinin dövlət tərəfindən ödənilməsi də nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info