“27 ildən sonra” əsərinin təqdimat mərasimi keçirildi
Tarix: 05.11.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasına ithaf olunur

“AtaTravel” MMC-nin dəstəyi ilə “27 ildən sonra” əsərinin təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində “27 ildən sonra” əsərinin müəllifi Cəlaləddin Qasımov, yazıçı-publisist Ehtiram İlham, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı və Əkbər Qoşalı iştirak edirdilər.
Yazıçı Cəlaləddin Qasımov çıxışında bildirdi ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələri ilə bağlı son illər aparılan məqsədyönlü və geniş fəaliyyət nəticəsində artıq bütün dünyada bu dəhşətli soyqırım barədə obyektiv fikir və dürüst mövqe formalaşmağa başlayıb. Bu mövqe isə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin cahanşümul fəaliyyəti ilə daha da böyüyərək xalqımızın haqq işinin bərqərar olmasına xidmət edir. Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun, xüsusilə Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü böyük işlər isə ildən-ilə genişlənməkdədir”.
Xocalı faciəsi ilə bağlı bədii ədəbiyyatda son illər bir neçə maraqlı əsərlər yazılmağa başlayıb. Bu əsərlərdən biri də istedadlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlaləddinin “27 ildən sonra” əsəridir. Yazıçının bildirdiyinə görə, bu kitabı yazmaqda məqsədi hər şeydən əvvəl millətimizin üzərindən bu qara ləkəni silmək və faciəni tarixin yaddaşına həkk etməkdən ibarət olub. Mənfur qonşularımız olan ermənilərin qansız əməllərini onların üzünə çırpmaq, baş vermiş faciənin miqyasını və detallarını göstərmək, gənc nəslə tariximizi dərindən öyrətmək, onları başımıza açılan oyunlardan agah etmək və bir daha düşmən hiyləsinə inanmamağa çağırış da bu kitaba yazılarkən qarşıya qoyulan məqsədlərdən olub.
“27 ildən sonra” kitabında müəllifin iki əsəri - “Silinməyən ləkə” və “24 ilin ölüsü” adlı romanları yer alıb. Hər iki əsərdə məmləkətimizin başına açılan dəhşətli hadisələrdən bəhs olunur. Əslində həm də bir-birinin davamı olan hər iki əsərdə ermənilərin dövlətimizə qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasətin mahiyyəti real həyat həqiqətləri ilə qələmə alınıb. Onu qeyd etmək lazımdır ki, hər iki romanda müəllif öz iş təcrübəsi ərzində, o cümlədən ermənilərin özündən əldə edə bildiyi məxfi məlumatlardan da ustalıqla istifadə edib. Maraqlı ədəbi təhkiyəsi ilə yazıçı Cəlaləddin hər iki romanda dolğun obrazlar yaratmaqla bərabər, həm də oxucunu arxası ilə apararaq az qala hadisələrin canlı şahidinə çevirməyə bacarıb.
1992-ci ildəki anarxiya, qarşıdurma, vətəndaş müharibəsi ilə üz-üzə dayanan Azərbaycanın parçalanma təhlükəsi, milli ordunun olmaması, könüllü özünümüdafiə dəstələrinin bir-biriylə konfliktdə olması da göstərilib. Bu konfliktdən ermənilərin istifadə etməsi, 20 faiz torpaqların alınması ardıcıl olaraq göstərilib.
Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, nizami ordu quruculuğu, Azərbaycanı parçalamaq istəyən qüvvələrin darmadağın edilməsi də ardıcıl göstərilib. Ermənilərin təxribatı nəticəsində 1992-ci ildə “talış-muğan respubilkası” yaradılması təhlükəsi, “sadvalçı” çevriliş etmək cəhdlərinin hamısının xaricdən - erməni lobbisi tərəfindən maliyyələşdirildiyi aşkara çıxarılıb. Burada ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti aydın dillə izah edilib. Göstərilir ki, Azərbaycan bu gün dünya dövlətləri tərəfindən düzgün, haqlı mövqedən tanınır və söz sahibidir.
Bir daha qeyd etmək yerinə düşər ki, Xocalı faciəsi ilə bağlı uğurlu və təsirli əsər yaratmağa müvəffəq olan yazıçı Cəlaləddin “27 ildən sonra” kitabını “Xocalıya ədalət” kampaniyasına ithaf edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info