Vüqar Səfərli: “Media və icra strukturları arasında əməkdaşlıq dinamik inkişaf edir”
Tarix: 05.11.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyətində KİV nümayəndələri ilə görüş keçirildi

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etditilməsi”mövzusunda konfrans keçirildi. Tədbirdə müxtəlif media orqanlarının baş redaktorları və digər təmsilçiləri, eləcə də Binəqədi rayon ictimaiyyət nümayəndələri iştirak edirdilər. Konfrans iştirakçılarını salamlayan Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərov media orqanları ilə rayon icra strukturlarının əməkdaşlığının əhəmiyyətindən danışaraq konfransı açıq elan etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli media rəhbərlərini və təmsilçilərini konfrans iştirakçılarına təqdim etdi. V.Səfərli bildirdi ki, RİH-lərlə bu qəbildən olan tədbirlər artıq ənənəvi xarakter alıb. Bu da nəticə etibarıilə media və icra strukturları arasında qarşılıqlı əməkdaşlığı dinamik şəkildə inkişaf edirərək genişləndirir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın əhəmiyyətindən danışaraq yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edən Ə.Amaşov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətindən də geniş bəhs etdi. Qeyd etdi ki, fond təkcə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına yox, digər icra strukturları ilə də birlikdə işləyərək medianın və media təmsilçilərinin maddi rifah halının yüksəldilməsi məqsəsilə mühüm addımlar atır. O, bu qəbildən olan tədbirlərin davamlı hal almasının zəruriliyini də qeyd etdi. Ə.Amaşov bildirdi ki, Azərbaycanda mətbuatın inkişafı istiqamətində dövlət tərəfindən də zəruri işlər görülür. O, qarşıdakı dövrdə medianın tam iqtisadi müstəqilliyinə nail olunmasının da əsas məqsəd olduğunu vurğuladı.
Binəqədi RİH-nin başçısı X.İsgəndərov rayonda görülən geniş abadlıq-quruculuq işlərindən danışdı. X.İsgəndərov bildirdi ki, rayon sakinləri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri dinlənilir və həmin məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır: “Rayonda problemlərin ardıcıl qaydada aradan qaldırılması üçün işlər görülür. İlk növbədə sakinləri daha çox narahat edən problemlərin həlli istiqamətində addımlar atılır. Bəzi problemlər var ki, həmin məsələlər dövlət proqramına əsasən, tədricən həll ediləcək”. Daha sonra icra başçısı konkret misallar əsasında görülən işlərdən geniş bəhs etdi. X.İsgəndərov rayon ərazisində görülən işlərin, eləcə də problemlərin işıqlandırılması istiqamətində media ilə qarşılıqlı əməkdaşlığa maraqlı olduqlarını bildirdi. Media və icra strukturları arasında şəffaf əməkdaşlığa kölgə salan bəzi mətbu orqanlara, konkret halda “reket” jurnalistikaya toxunan V.Səfərli isə bu məsələnin rəhbər işdə işləyənləri və media nümayəndələrini də narahat etdiyini diqqətə çatdırdı: “Reket jurnalistika medianın gördüyü işlərə də kölgə salır. Elə nəşrlər var ki, biz onların adlarını belə tanımırıq. Bu gün Azərbaycan Mətbuat Şurasında “reket” jurnalistika ilə mübarizə məqsədilə yaradılmış komissiyada həmin mətbu orqanlarla bağlı şikayətlərə baxılır. Təbii ki, belə mətbu orqanlar KİVDF-nin bütün layihələrindən, qəzetlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə elan edilmiş müsabiqələrdən də kənarda qalır. Mən bir daha qeyd edirəm ki, həmin mətbu orqanların yazdıqlarının heç bir təsir dairəsi yoxdur. Həmin yazılar sifariş əsasında yazılır və şəbəkə formasında “reket” jurnalistlər tərəfindən biri-birinə ötürülür. Ona görə də bu cür hallarla rastlaşanlar Azərbaycan Mətbuat Şurasında yaradılmış "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasına müracət etsinlər”. "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə isə konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, hazırda komissiya 100-ə yaxın mətbu orqanın adını “qara siyahı”ya salıb: “Təbii ki, artıq adı “reket” mətbu orqanların arasında olan media orqanlarının bəziləri bu siyahıdan çıxarılır. Biz görürük ki, onlar fəaliyyətlərində ciddi dönüş yaradıblar və onların adını həmin siyahıdan çıxarırıq. Məqsədimiz də odur ki, Azərbaycanda fəaliyyət göstərən mətbu orqanlar jurnalistikanın adına xələl gətirən işlərlə, şəxsi mənfəətlərini güdərək müxtəlif vəzifəli şəxslərlə bağlı qərəzli məlumatlar dərc etməsinlər. Azərbaycandakı mətbu orqanlar peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olsunlar”.
Tədbir qarşılıqlı diskussiyalarla davam etdirildi.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info