Şevardnadze və Saakaşviliyə də dəvətnamə göndərilib
Tarix: 05.11.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Yeni seçilmiş Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək inauqurasiyası ilə əlaqədar yaradılmış dövlət komissiyasının növbəti iclasından sonra Gürcüstanın xarici işlər naziri Maya Pancikidze tədbirin Tbilisidə 4 yerdə keçiriləcəyini bildirib.
Prezident parlament binasının həyətində and içəcək, sonra Qəhrəmanlar meydanına gedib ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyacaq, Rustaveli Teatrında bayram konserti təşkil olunacaq, yekunda isə qonaqlar üçün rəsmi qəbul keçiriləcək.
Nazirin dediyinə görə, inauqurasiyada dövlət himni səslənəcək, dövlət bayrağı qaldırılacaq, hərbi komponentdən də mütləq istifadə ediləcək. M.Pancikidze tədbirdə bədxərcliyə yol verilməyəcəyini, inaqurasiyanın Avropa standartlarına uyğun təşkil olunacağını qeyd edib. O deyib ki, dəvətnamələr dünyanın 70 ölkəsinə, həmçinin Eduard Şevardnadze və Mixail Saakaşviliyə də göndərilib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info