Bakıdakı taciklər prezident seçkilərində səs verirlər
Tarix: 06.11.2013 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda müvəqqəti yaşayan Tacikistan vətəndaşları bu ölkənin Bakıdakı səfirliyində yaradılan seçki məntəqəsində prezident seçkilərində səs verirlər.
Səfirliyin mətbuat üçün yaydığı məlumata görə, seçki məntəqəsi saat 7:00-da açılıb. Saat 10:30-a olan vəziyyətə görə, seçicilərin artıq 10 faizi səs verib.
Diplomatik missiyanın məlumatına görə, səfirliyin konsul uçotunda 80 Tacikistan vətəndaşı durur.
Qeyd edək ki, bu gün Tacikistanda prezident seçkiləri üzrə səsvermə başlayıb. Məntəqələr yerli vaxtla saat 06:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 05:00-dan 19:00-dək) açıq olacaq.
Səsvermə hüququna 4 milyon 35 min Tacikistan vətəndaşı malikdir. Səsvermə dövlətin ərazisindəki 3158 məntəqədə və ölkə hüdudlarından kənarda 61 məntəqədə keçiriləcək.
Prezidentliyə 6 namizəd, o cümlədən hazırkı Prezident Emomali Rahmon qeydiyyata alınıb.
Tacikistan Prezidenti postu uğrunda, həmçinin Kommunist Partiyasının katibi, parlamentin deputatı İsmoil Talbakov, Demokratik Partiyanın sədri Saidcafar İsmonov, Sosialist Partiyasının sədri Abdulhalim Qaffarov, Aqrar Partiyanın nümayəndəsi Tolibbek Buxoriyev və İqtisadi İslahatlar Partiyasının sədri Olimcon Boboyev mübarizə aparır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info