Qubada 29 yaşlı kişi küçədə qətlə yetirildi
Tarix: 22.10.2020 | Saat: 10:30:00 | E-mail | Çapa göndər


Quba rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 18 radələrində Quba rayonu, Vladimirovka kənd sakini 1991-ci il təvəllüdlü Baratov Söhrab Fizuli oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Ələskərov Ələskər Şakir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Söhrab Baratovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ələskər Ələskərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Dieqo Maradona vəfat edib
24.11.2020
Xalq artisti Əjdər Həmidov vəfat edib
24.11.2020
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
23.11.2020
Bakıda fəhlə 9-cu mərtəbədən yıxılaraq ölüb
22.11.2020
Bərdədə ağır yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info