İlk dəfə olaraq “Gənclər Hökuməti” modeli təşkil olunacaq
Tarix: 06.11.2013 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycanda Gənclər və İdman Nazirliyinin və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə ilk dəfə olaraq “Gənclər Hökuməti” modeli təşkil olunacaq. Ölkədə ilk dəfə olaraq reallaşacaq “Gənclər Hökuməti” modelinin əsas məqsədi Azərbaycanda gənclər arasında dövlət qulluğuna marağın artırılması, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi və “Azərbaycan-2020” mövzusunun meyarlarının gənclər arasında müzakirəsini təşkil etməkdir. Müxtəlif dövlət qurumları ilə gənclər arasında əməkdaşlığı artırmaq və onların bu qurumların fəaliyyətində yaxından iştirak etmələrini təmin etməkdə vacib şərtlərdəndir. Həyata keçirilən layihə Bakı, Lənkəran, Şəki və Gəncə şəhərlərində yaşayan 14-29 yaş arası gəncləri əhatə edəcək. Layihə çərçivəsində gənclərə dövlət qulluğu və qərar qəbuletmə ilə bağlı bir sıra təlimlər keçiriləcək. Layihə çərçivəsində həmçinin seçilmiş gənclər bir sıra dövlət qurumları və nazirliklərdə hökumət strukturları və qurumların iş fəaliyyəti ilə tanışlıq görüşlərində iştirak edəcək. Sonda “Gənclər Hökuməti” simulyasiya oyunu keçiriləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info