Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti
Tarix: 23.10.2020 | Saat: 11:56:00 | E-mail | Çapa göndər


Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiya Prezidenti Vladimir Putinin simasında Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır.

Bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ankaranın da mövqeyi aydındır və Azərbaycanın ərazilərinin bir qisminin itirilməsinin əbədi davam edə bilməməsi məsələsində üst-üstə düşür:

“Yerevan istisna olmaqla bütün dünya başa düşür ki, hərbi əməliyyatlar Ermənistanın deyil, Azərbaycan ərazisində aparılır. Bəzi Qərb marionetlərinin münaqişənin həlli üçün “Qarabağın müstəqilliyini tanımaq” barədə bəyanatları dünya ictimaiyyətinin rəsmi mövqeyi deyil. Dünya ictimaiyyəti Ermənistandan qoşunları Azərbaycan ərazisindən çıxarmağı tələb edir”.

Türkiyə hökumətindən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində guya Ankara ilə Moskva arasında artan gərginliyi şərh ediblər:

“Moskva və Ankara hər zaman Cənubi Qafqazda sülh və sabitlik tərəfdarı olublar. Bu isə yalnız Azərbaycanın ərazilərinin azad edilməsindən sonra mümkündür”.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
25.11.2020
İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü - VİDEO
25.11.2020
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb
25.11.2020
“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib
25.11.2020
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info