Ermənistanda muzdlu dəstələr bizə təlim keçirdilər - Erməni əsirlər danışır-VIDEO
Tarix: 23.10.2020 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi ilə bağlı keçirdikləri uğurlu əməliyyatlar zamanı əsir götürülən erməni döyüşçülər açıqlama verib.

Trend-in məlumatına görə, 2001-ci ildə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olan Mikaelyan Albert Yervandi Ermənistan silahlı qüvvələrində muzdlu kürd dəstələrinin Azərbaycana qarşı döyüşdüyünü etiraf edib. 2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırıldığını deyən Mikaelyan bildirib ki, o, Gümrü şəhərində xidmətə başlasa da, orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi alıb: "Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm, tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orda muzdlular hər ay 600 dollar pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.
Əsir düşən erməni hərbiçilərindən biri də qeyd edir ki, o uzun zamandır ailəsi ilə Rusiyaya köçüb. Döyüşlər başlamamışdan əvvəl Ermənistana dönərək vizasının vaxtını artırmaq istəyib, ancaq onu zorla Qarabağa döyüşə yollayıblar. Buna etiraz etdikdə isə, onu həbs edəcəklərini söyləyiblər.








 
Bölməyə aid digər xəbərlər
25.11.2020
Ermənistan-Azərbaycan əlaqələri bərpa olunur? – Paşinyandan şok
25.11.2020
Ermənistanda daha iki nazir müavini istefa verdi
24.11.2020
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
24.11.2020
İrəvanda “köç” davam edir: Daha bir nazir getdi
23.11.2020
Belarusda etiraz aksiyası zamanı 345 nәfәr saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info