Veteranlar Şurası Şəki təşkilatının plenumu olub
Tarix: 06.11.2013 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Şəki təşkilatının plenumu olub.
Rayon veteranları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Veteranların, yerli icra və bələdiyyə qurumları rəhbərlərinin, məhəllə komitə sədrlərinin iştirakı ilə keçirilən plenumda təşkilatın ötən konfransdan keçən dövr ərzindəki fəaliyyəti təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, veteranlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, öz iş və əməlləri ilə gənclərə həmişə nümunə göstərirlər.
Plenumda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası sədrinin müavini Kamal Əliyev çıxış edərək cəmiyyətin ən hörmətli təbəqəsi sayılan müharibə və əmək veteranlarının ölkəmizdə hərtərəfli qayğı ilə əhatə olunduqlarını bildirib, onların sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Şuranın Şəki təşkilatının nümunəvi fəaliyyəti ilə seçildiyini vurğulayan K.Əliyev qurumun üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Plenumda təşkilati məsələyə baxılıb. Mustafa Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Şəki təşkilatının sədri, Şahid Məmmədkərimov isə sədrin müavini seçiliblər.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info