‘‘Türkiyә kimi tәrәfdaşla işlәmәk nәinki xoşdur, hәm dә etibarlıdır’’
Tarix: 23.10.2020 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin Türkiyә ilә aralarındakı layihәlәrin prezident Rәcәb Tayyib Әrdoğanın qәtiyyәti sayәsindә hәyata keçirildiyini bildirib.


Rusiya prezidenti Vladimir Putin Türkiyә ilә aralarındakı layihәlәrin prezident Rәcәb Tayyib Әrdoğanın qәtiyyәti sayәsindә hәyata keçirildiyini bildirib.
Putin bildirib ki, Әrdoğan tәzyiqlәrә rәğmәn müstәqil xarici siyasәt yürüdür.

Bu barәdә Vladimir Putin ‘‘Valday’’ klubunun iclasında qeyd edib.

Türkiyә ilә Fransa arasında Şәrqi Aralıq dәnizindә yaşanan gәrginlik zamanı Rusiyanın vasitәçi kimi bir mövqeyinin olub-olmadığı ilә bağlı bir sualı cavablandıran Vladimir Putin ölkәsinin hәm Fransa, hәm dә Türkiyә ilә yaxşı münasibәtinin olduğunu bildirib.

Putin deyib: ‘‘Fransa ilә yaxşı münasibәtlәrimiz var. Türkiyә ilә әmәkdaşlığımız güclәnir. Türkiyә bizim qonşumuzdur. Hәm Türkiyә, hәm dә Rusiya üçün münasibәtlәrimiz әhәmiyyәtlidir. Bu sәbәbdәn iki ölkә arasında bizim vasitәçi olmamıza ehtiyac olduğunu düşünmürәm. Hәm Türkiyә, hәm dә Fransa kimi ölkәlәr münasibәtlәrini özlәri hәll edә bilәrlәr’’

Türkiyә ilә Rusiya arasındakı münasibәtlәrә dә toxunan Vladimir Putin ikitәrәfli ticarәt hәcminin 20 milyard dollardan çox olduğunu deyib.

Vladimir Putin qeyd edib ki, prezident Rәcәb Tayyib Әrdoğan tәzyiqlәrә rәğmәn müstәqil xarici siyasәt yürüdür. Onunla çox qısa müddәt әrzindә ``Türk axını`` layihәsini hәyata keçirdik. Avropa ilә bunu sürәtli şәkildә edә bilmirik.

Putin ``Şimal Axın-2`` layihәsini hәyata keçirmәk mәsәlәsindә Avropa ilә problemlәr yaşadıqlarını deyib.

‘‘Halbuki Türkiyә ilә bütün reaksiyalara rәğmәn öz milli dәyәrlәrimizi anlayaraq bunu çox sürәtli bir şәkildә etdik. Әrdoğan ‘‘bunu hәyata keçirәcәyik’’ dedi vә biz bunu hәyata keçirdik. Türkiyә S-400 zenit-raket kompleksini almağa qәrar verdi vә aldı. Belә bir tәrәfdaşla işlәmәk nәinki xoşdur, hәm dә etibarlıdır’’,-deyә Vladimir Putin Vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Valideynlərini itirmiş uşaqların təhsil haqqını onlar övladlığa götürüldükdə də dövlət ödəyəcək
24.11.2020
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
24.11.2020
İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM
24.11.2020
Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır - Putin
24.11.2020
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Konfessiyaların birgə bəyanatı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info