Ünvanlı sosial yardım sahəsində bütün neqativ halların qarşısı alınacaq
Tarix: 06.11.2013 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı yardım alacaq 134 mindən artıq ailəyə müraciət edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ünvanlı sosial yardımların təyin olunması və ödənişi işlərində hər hansı neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması ilə bağlı rayon və şəhər əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorlarına ciddi tapşırıqlar verib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişində şəffaflığın təmin olunması ilə bağlı mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb. Ç.Əliyevin sözlərinə görə, aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər: “Bu tapşırıqların icrası daim diqqətdə saxlanılacaq və yardım üçün müraciət edən vətəndaşlarla münasibətlərdə korrupsiya əməlinə yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək. Bundan əlavə, mövcud sahədə hüquq-mühafizə orqanları ilə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə söhbətlər aparılıb və yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər həyata keçiriləcək”.
Ç.Əliyev görüləcək tədbirlərin daha effektli nəticələr verməsi üçün ünvanlı yardım alacaq 134 mindən artıq ailəyə müraciət edib. O bildirib ki, təyin olunmuş yardımların alınması üçün onlara banklar tərəfindən verilmiş plastik kartları heç bir halda mərkəz əməkdaşlarına verməsinlər. Çünki bu ünvanlı yardımlar dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılır və onlar bu vəsaitləri öz maddi ehtiyaclarına sərf etməlidirlər: “Heç bir əməkdaş vətəndaşları onlara təyin olunmuş yardımı onlarla bölüşməyə təhrik edə, yaxud əks halda onları yardım almaq hüququndan məhrum edə bilməz. Həmin vətəndaşlar əhalinin sosial müdafiəsi mərkəzlərində yardım təyinatı müqabilində onlarla aparılan hər hansı qanunsuz sövdələşmələrə getməməli və belə hallarla üzləşdikləri təqdirdə nazirliyin 142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlara müraciət etməlidirlər”. Çingiz Əliyev deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aztəminatlı ailələrlə bağlı acınacaqlı hal ən çox ünvanlı sosial yardımların verilməsi ilə əlaqədardır. Onun sözlərinə görə, nazirliyə yeni nazir təyin olunduqdan sonra ünvanlı sosial yardımların verilməsi günün aktual məsələsinə çevrilib. C.Əliyev qeyd edib ki, ünvanlı sosial yardın adından da göründüyü kimi, əhalinin aztəminatlı təbəqəsinə ünvanlı olaraq çatdırılmasını nəzərdə tutur: “Amma çox təəssüflər olsun ki, bu məsələdə bu günə kimi istənilən müsbət nəticələr qeydə alınmayıb. Nazirlik tərəfindən ünvanlı sosial yardımdan başqa, aztəminatlı ailələrə sosial müavinətlər, Prezident tərəfindən verilən müəyyən təqaüdlər, birdəfəlik müavinətlər verilir. Ancaq acınacaqlı hal ən çox ünvanlı sosial yardımların verilməsi ilə bağlıdır. Ona görə həm nazir, həm də xidmətin rəhbərliyi bu məsələni ciddi nəzarətdə saxlayacaq. İlkin araşdırmalar nəticəsində rəqəmlərin də təhlili göstərir ki, aztəminatlı ailələrə verilən sosial təminatda rayonlarla müqayisədə bəzi uyğunsuzluqlar mövcuddur. Əhalinin sayı çox olan rayonlarda aztəminatlı çox olmalıdır. Ancaq müvafiq rəqəmləri təhlil edəndə bu məsələdə bir çox uyğunsuzluqların şahidi olduq. Hazırda ÜSY-nin təyin edilməsi, onun lazımi şəxslərə çatdırılması sahəsində düzgünlüyün təyin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub. ÜSY-nin verilməsində mövcud olan problemlərin həlli məsələsində heç bir şəhər və rayon kənarda qalmayacaq”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info