Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin statistikasını açıqladı
Tarix: 23.10.2020 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olmuş, 139 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, erməni təxribatları nəticəsində Goranboy üzrə 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub. Tərtər üzrə 16 nəfər həlak olub, 50 nəfər yaralanıb. Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.

Bundan başqa, Bərdə üzrə 2 nəfər həlak olub, 12 nəfər yaralanıb, Beyləqan üzrə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanıb, Ağcabədi üzrə 1 nəfər həlak olub, 19 nəfər yaralanıb, Füzuli üzrə 3 nəfər həlak olmuş, 17 nəfər yaralanmış, Ağdam üzrə 7 nəfər həlak olmuş, 40 nəfər yaralanıb ki, yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.

Həmçinin ermənilərin təxribatları zamanı Mingəçevir üzrə 5 nəfər, Daşkəsən üzrə 1 nəfər, Cəbrayıl üzrə 1 nəfər, Xocalı üzrə 1 nəfər, Qəbələ üzrə 1 nəfər yaralanıb.

Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olub, 298 nəfər yaralanıb.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Azərbaycanda virusa görə iş saatı azaldılır?
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
23.11.2020
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
23.11.2020
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
23.11.2020
Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info