Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
Tarix: 23.10.2020 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


İRS-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Estoniyanın Tallin şəhərində yaşayan soydaşlarımız Azadlıq meydanında icazəli etiraz aksiyası keçirib.

Diaspora Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada Ermənistan Ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini dəfələrlə raket atəşinə tutmasının beynəlxalq hümanitar huquqa zidd olduğu bir daha vurğulanıb. Aksiya iştirakçıları mülki şəxslərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hədəfə alındığını, nəticədə günahsız insanların həlak olduğunu Estoniya ictimaiyyətinin diqqətinə çatdırıblar. Soydaşlarımız Ermənistanın təcavüzkar və terrorçu siyasətinə son qoyması üçün Estoniya hökümətini, eləcə də Estoniya ictimaiyyətini erməni vəşhiliyinə biganə qalmamağa səsləyiblər.

Aksiya zamanı Gəncə terrorunun qurbanı olan mülki şəxslərin xatirəsini yad etmək üçün onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub.

Aksiyada eston və ingilis dillərində “Qarabağ Azərbaycanındır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Aqressiyaya son!”, “Erməni yalanlarına son”, “Erməni terroruna yox deyirik!”, “Uşaq ölümünə yox deyirik”, “BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son !”, “İşğalçı dövləti dəstəkləməyin” kimi şuarlar səsləndirilib.

“Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev Estoniya Dövlət Televiziyasına Qarabağ həqiqətləri və Gəncə terroru barədə müsahibə verib.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
İtkin düşən ermənilərin yaxınları Eçmiədzində aksiya keçirir - VIDEO
30.11.2020
“Özümə yer eylərəm, sonra gör, sənə neylərəm...“
30.11.2020
Putin Paşinyanla görüşməkdən imtina edib...
30.11.2020
Yerevanda əsgər anaları yenidən ayaqda-VİDEO
30.11.2020
Moskvada koronavirusdan daha 74 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info